Uşaqlarınıza BU QİDALARI verməyin! Ekspertdən ÇAĞIRIŞ
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Xüsusilə birinci növbədə oxuyan uşaqların səhər yeməyi yemədən dərsə getməsi onların sağlamlığında bir çox fəsad törədə bilər. Belə ki, 20 yaşa qədər orqanizm daim inkişaf prosesində olduğu üçün onun davamlı olaraq 40-dan 70-ə qədər makro və mikroelementlərə, vitamin, minerallara, o cümlədən bir çox faydalı elementə ehtiyacı var”.
Bu fikirləri Musavat.com-a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova məktəblilərin sağlam qidalanması ilə bağlı danışarkən bildirib.
Mütəxəssisin sözlərinə görə, uzun müddət ac qalmaq, yaxud günə düzgün qidalarla başlamamaq inkişafdan geri qalma, sağlamlıq problemlərinin yaranmasına gətirib çıxara bilər:
“Əgər uşağın iştahası yoxdursa, çox erkən saatlarda oyanırsa, zorla yedirtmək əvəzinə, yüngül, az miqdarda qida verib, sonrakı müddətdə yeməsi üçün müxtəlif qidalar vermək olar. Yaxşı olar ki, səhər yeməklərində yumurta, pendir və digər süd məhsulları, zülal mənşəli məhsullar olsun. Tam taxıllı çörək, bəzən yulaf, mürəkkəb karbohidratların istehlakı uzun müddətə toxluq hissi yaradır. Mövsümi, yerli meyvədən, vitaminlə zəngin olan qida qəbulunu tövsiyə edirəm. Qidaların yanında sağlam yağlardan istifadə etməlidir. Belə ki, səhər kərə yağı ola bilər. Bir ovucu keçməmək şərtilə çərəz qəbulu da faydalıdır - qoz, badam beynin yaxşı işləməsinə, yaddaşın güclənməsinə kömək etməklə yanaşı, orqanizmi faydalı yağlarla təmin edir”.
M.Hüseynova vurğulayıb ki, səhər ac qarına şokoladlı bulkalardan, şokoladlı səhər yeməyindən, şəkərli içkilərdən gündəlik istifadə edilməməlidir.
Ekspert bunun səbəblərini açıqlayıb: “Bu, qanda şəkərin səviyyəsini qısa zamanda qaldırır və sürətlə də aşağı salır ki, nəticədə uşaq daim aclıq hiss edir. Həddən artıq çox boş kolorili qida gələcəkdə piylənməyə səbəb olur, eləcə də qidalanma vərdişinin pozulmasına gətirib çıxarır. Bir çox halda uşaqlar axşam gec yatdığına görə, yuxu rejimi pozulduğuna görə də ya iştahasızlıq, ya da həddindən artıq çox yemə hissi yaranır. Buna görə də sağlam yuxu rejiminə də diqqət olunması ən vacib məqamlardan biridir. Saat 23:00-dan sonra 7, 8, 9 saat yatmaq sağlam yuxu hesab olunur. Eyni zamanda, su içməyi unutmaq olmaq. Gün ərzində hər bir insan bədən çəkisinin hər kiloqramına görə 0,030 ml su içməlidir. Su miqdarına su, ayran və eyni zamanda meyvələrin tərkibindəki maye və mineral su aid ola bilər ki, zəruri miqdarı tənzimləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Oktyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















