Icma.az
close
up
RU
Asqırmaqla başlayar, astmayla bitər Ekspertdən ÇAĞIRIŞ

Asqırmaqla başlayar, astmayla bitər Ekspertdən ÇAĞIRIŞ

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Son illərdə allergik xəstəliklərin sayında artım müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, ətraf mühitin çirklənməsi, iqlim dəyişiklikləri və həyat tərzində baş verən dəyişikliklər allergiya hallarının çoxalmasına təsir edən əsas amillər sırasındadır. Xüsusilə yaz və yay aylarında havada polenlərin miqdarının artması allergik reaksiyaların daha tez-tez baş verməsinə səbəb olur.

Mütəxəssislərin fikrincə, allergiyadan qorunmaq üçün yaşayış məkanlarının təmiz saxlanılması, allergenlərlə təmasın minimuma endirilməsi və sağlam qidalanma qaydalarına əməl olunması vacibdir. Həmçinin, allergiya simptomları müşahidə edildikdə vaxtında həkimə müraciət etmək tövsiyə olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan allerqoloq ekspert Şahvələd Məmmədov bildirib ki, allergik xəstəliklərin təxminən 90 faizi irsi-genetik xarakter daşıyır və onların vaxtında aşkarlanmaması ciddi fəsadlara, o cümlədən allergik astmaya gətirib çıxara bilər.

Onun sözlərinə görə, son illərdə allergik xəstəliklərin artmasının əsas səbəbi orqanizmə xaricdən daxil olan müxtəlif allergenlərdir. Allergiyalar fərqli formalarda özünü göstərə bilər. Orqanizm müəyyən maddələri yad cisim kimi qəbul edir və onlara qarşı reaksiyalar verir. Bu reaksiyalar səpki, qaşınma, asqırma, burun axması, öskürək və digər simptomlarla müşahidə olunur. Allergik xəstəliklər əsasən dəridə səpkilər və ya tənəffüs yollarının zədələnməsi ilə xarakterizə edilir.

Ş.Məmmədov qeyd edib ki, allergiyanın qarşısının alınması üçün ilk növbədə allergenlə təmas minimuma endirilməlidir. Xüsusilə iş mühiti və məişətdə kimyəvi maddələrlə təmas nəticəsində yaranan kontakt allergiyalar zamanı qoruyucu vasitələrdən, o cümlədən əlcəklərdən istifadə edilməlidir. Dediyinə görə, allergiyanın qarşısını almaq üçün hətta bəzən iş yerinin dəyişdirilməsi zəruri olan bilər.

Şahvələd Məmmədov: Allergiyanın qarşısını almaq üçün bəzən iş yerinin dəyişdirilməsi belə zəruri ola bilər

Müsahibimiz mövsümi və ilboyu davam edən allergiyaların da geniş yayıldığını deyib. Onun bildirdiyinə görə, yaz aylarında daha çox rast gəlinən mövsümi allergiyalar əsasən bitki tozcuqları ilə əlaqədar olur və asqırma, burun tutulması, gözlərdə qaşınma və qızartı ilə müşayiət edilir:

"Bu hallar allergik rinit və allergik konyunktivit kimi özünü göstərə bilər. Vaxtında diaqnostika və müalicə aparılmadıqda xəstəlik ağırlaşaraq daha ciddi problemlərə səbəb ola bilər. Hətta allergik rinitin sonradan allergik astmaya çevrilməsi də mümkündür”.

“Sözügedən allergik xəstəliklərin erkən mərhələdə aşkarlanması, dəqiq diaqnostikası və müasir immunoterapiya üsulları ilə müalicəsi bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir”, – deyə  Şahvələd Məmmədov qeyd edib.

Aydan Məlikməmmədova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 İyun 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri