Icma.az
close
up
RU
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar

Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu Qaradağlı kənd tam orta məktəbinin direktoru Səfərəliyeva Səkinə Cəmil qızının vəzifədən azad olunması ilə bağlı açıqlama yayıb.

Reyting.az-ın məlumatına görə, qeyd olunur ki, direktor tutduğu vəzifədən özünün yazılı müraciəti əsasında ayrılıb.

Bildirilir ki, təqdim olunmuş ərizə qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirilib və əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən həyata keçirilib.

Açıqlamada qeyd olunur ki, məsələ ilə bağlı aparılan daxili araşdırma zamanı hər hansı təzyiq faktı müəyyən edilməyib. Qərarın qəbulunda mövcud prosedur qaydalarına tam riayət olunduğu vurğulanıb.

***

Ucar rayonunun Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin keçmiş direktoru Səfərəliyeva Səkinə Cəmil qızı isə NOCOMMENT.az-a açıqlamasında istefa ərizəsini öz istəyi ilə deyil, təzyiq və basqı altında yazdığını iddia edib.

Onun sözlərinə görə, təlimata uyğun olaraq tarifikasiya zamanı sinif 20 şagirdlə komplektləşdirilib. Lakin oktyabrın 27-də bir şagird məktəbdən ayrılıb. Bundan sonra ona qrupun bağlanmalı olduğu bildirilib.

Sabiq direktor qeyd edib ki, akt tərtib olunub:

“Dedilər ki, ya qrupu bağlamalıyam, ya da 3 illik yoxlama göndəriləcək. Digər variant isə öz xahişimlə ərizə yazaraq direktor vəzifəsindən getmək idi. Qorxu və basqı altında ərizə yazdım”, – deyə o qeyd edib.

Səfərəliyevanın sözlərinə görə, oktyabrın 18-də Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ərizəni təsdiqləyib və bununla da onun əmək fəaliyyətinə xitam verilib.

Sabiq direktor bildirib ki, əslində məsələ ilə bağlı Mərkəzi Regional Təhsil İdarəsi tərəfindən yoxlama aparılmalı və nəticəyə uyğun qərar verilməli idi:

“Yoxlama aparılıb sonra cəza verilməli idi. Amma mənə təzyiq göstərilərək ərizə yazdırıldı”.

Qeyd edək ki, mövcud qaydalara əsasən, birinci yarımildə sinifdən 3 şagird ayrıldığı halda qrup bağlanmalıdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Fevral 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see183

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri