Icma.az
close
up
RU
Məktəb fobiyası və onun aradan qaldırılması yolları

Məktəb fobiyası və onun aradan qaldırılması yolları

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Uşağın yaşından və neçənci sinifdə oxumasından asılı olmayaraq, məktəb fobiyası yarana bilər. Məktəb fobiyası, sadəcə, məktəbə getmək istəyinin olmaması ilə müşahidə edilmir. Hətta bəzi hallarda məktəbə rahat şəkildə gedən uşaqlarda da həmin əlamətin yaranması mümkündür”.

Bu sözləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Günəş Əfəndiyeva deyib.

Onun dediyinə görə, bu hal bir sıra əlamətlərlə özünü büruzə verə bilər: “Həmin hallar məktəbə və təlimə qarşı diqqətsizlik, təlim bacarıqlarında qəflətəm zəifləmə, sinifdə oturmamaq istəyinin baş qaldırması, sinif yoldaşlarına və müəllimlərə qarşı aqressiv münasibət, məktəb məsuliyyətini yerinə yetirməkdən boyun qaçırmaq, yuxuya getməkdə və oyanmaqda çətinlik, evdəqalma istəyi, diqqət dağınıqlığının artması, dərsdən başqa fəaliyyətlərə daha həvəsli olma və digər səbəblərlə əlaqədar ola bilər. Məktəb fobiyası səbəbsiz yaranmır. Uşaqlar çox həssas olduqlarından və məntiqi təfəkkürləri hələ çox inkişaf etmədiyindən yetkin insanların adi qəbul etdiyi hadisələr onlarda ciddi sarsıntılar yarada bilər. Məktəb fobiyasını yaradan səbəblər müxtəlifdir. Bunlara ailədən ayrılma qorxusu, ailədaxili münaqişələrə şahidlik, uşağın bacardığından daha artığının tələb edilməsi və ya onun uğur və bacarıqlarına biganə münasibət, ünsiyyət çətinliyi, məktəbdə fiziki və mənəvi şiddətə məruzqalma kimi səbəblər daxildir. Bundan başqa, uşağın psixoloji cəhətdən məktəbə getməyə hazır olmaması, müəllimin laqeydliyi və öz potensialını göstərməyə çalışan uşağa yetərincə dəstək olmaması, başqaları ilə müqayisə etməsi, ev tapşırıqlarını yerinə yetirərkən valideyn tərəfindən lazımı kömək göstərilməməsi, ailənin maddi durumunun və yaşayış şərtlərinin yetərincə olmaması, uşağın ehtiyaclarının qarşılanmaması ilə də əlaqədar ola bilər”.

Fobiya ciddi psixoloji problemdir və vaxtında qarşısı alınmazsa, daha böyük fəsadlara apara bilər. Ona görə də ilk növbədə uşağın yaşını yox, pedaqoji bacarıqlarının məktəbə başlamaq üçün uyğun olub-olmadığını aydınlaşdırmaq lazımdır. Psixoloq Günəş Əfəndiyeva deyib: “Məktəbə hazırlaşmağı uşağın təsəvvüründə məsuliyyətli prosesə çevirmək lazım deyil. Uşağa “artıq məktəbə gedəcəksən, oyuncaqlarını və oynamaq vaxtını azaldıb daha çox dərs oxumalısan, yaxşı qiymətlər almalısan” və s. kimi ifadələr əvəzinə "məktəbdə yeni dostların olacaq, birlikdə maraqlı çalışmalar yerinə yetirəcəksiz” kimi ifadələr işlətmək daha düzgündür. Daha yaxşı olar ki, yeni məktəbə gedən uşaq əvvəlcədən məktəb, sinif otağı, müəllimi ilə tanış olsun. Həmçinin məktəb ləvazimatlarının rahat və istifadə üçün asan olması da şərtdir. Uşağın gündəlik rejimini bir müddət əvvəldən məktəb dönəminə uyğunlaşdırmaq, yuxu və yemək saatlarına fikir vermək lazımdır. Uşağın dərs prosesindən başqa yoldaşları və müəllimi ilə ünsiyyətinə əhəmiyyət verilməli, məktəbdənkənar məşğələlərdə valideynin dəstəyini hiss etməlidir. Bununla yanaşı, valideynin uşaqla ünsiyyəti açıq olmalı, məktəbdə olanları ona danışmasına imkan yaratmalıdır. Onun aldığı qiymətlərə obyektiv yanaşmaq, ev tapşırıqlarını rahat şəraitdə, aqressivlik göstərmədən yerinə yetirilməsinə kömək göstərmək lazımdır”.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri