Icma.az
close
up
RU
Məktəb ideoloji mübarizə meydanı deyil, uşaqların təhlükəsizliyi gündəmdə VİDEO

Məktəb ideoloji mübarizə meydanı deyil, uşaqların təhlükəsizliyi gündəmdə VİDEO

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələr davam edir. Geyim qaydaları ətrafında başlayan mübahisələr artıq dini etiqad azadlığı, dünyəvi təhsil və milli-mənəvi dəyərlər məsələlərini də gündəmə gətirib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə məktəbli geyimlərinə dair qaydalar müəyyən edilib.

Azərbaycan Konstitusiyasına əsasən, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu prinsip dini inancların inkarı deyil, təhsilin dini təsirlərdən asılı olmadan təşkil edilməsini nəzərdə tutur.

Məsələnin digər mühüm tərəfi isə uşaqların hüquqlarının qorunmasıdır. Milli ənənələrə hörmət uşaqlara dini və ya ideoloji baxışların məcburi qəbul etdirilməsi anlamına gəlməməlidir. Xüsusilə erkən nikahlar qızların təhsilinə, sağlamlığına və gələcəyinə ciddi təhlükə yaradır.

Müzakirələr fonunda məktəblərə hücumlar, əmlaka zərər vurulması və şagirdlərin xəsarət alması ilə bağlı məlumatlar da yayılıb. Oktyabrın 12-13-də Bakıda baş verdiyi bildirilən hadisələrin səbəblərinin və mümkün əlaqələrinin araşdırılması vacib sayılır. Həmin hadisələrlə məktəbli forması ətrafındakı mübahisələr arasında əlaqə olduğu isə təsdiqlənməyib.

Vurğulanır ki, heç bir dini və ya ideoloji mövqe zorakılığa, təhdidə və təhsil prosesinə müdaxiləyə bəraət qazandıra bilməz.

Fikir ayrılıqları dialoq və qanuni yollarla həll edilməli, uşaqların təhlükəsizliyi və təhsil hüququ üstün tutulmalıdır.

Çünki məktəb ideoloji mübarizə meydanı deyil, bilik, elm, tərbiyə və gələcəyin formalaşdığı məkandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Oktyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see447

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see333

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see329

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see315

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see285

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see280

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see279

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see269

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see267

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see266

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see266

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see264

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see246

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see245

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see244

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see218

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see209

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see203

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri