Icma.az
close
up
RU
Məktəb mühafizəçisini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsində direktor ifadə verib

Məktəb mühafizəçisini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsində direktor ifadə verib

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bakıda 55 nömrəli məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə 55 nömrəli orta məktəbin direktoru Yaqut Kərimli ifadə verib.

O bildirib ki, hadisə qeyri-iş günü baş verib:

"Məktəbə qayıdanda Natiq Mehdinin işdə olmadığını öyrəndim. İki gün sonra onun bacısı oğlu yaxınlaşıb dedi ki, Natiq evə gəlməyib. Daha sonra polislər gəlib məktəbin kameralarını yoxladılar. Yoxlamadan sonra Elsevər müəllimi apardılar. Hadisədən bir müddət əvvəl Elsevər müəllim mənə Natiqin məktəbin qapısını açıq qoyaraq getdiyini, onunla əlaqə saxlaya bilmədiyini demişdi. Bundan başqa onlar barədə mənə hər hansı bir şikayət daxil olmayıb".

Direktorun sözlərinə görə, o, Elsevər İslamova məktəbin anbarı ilə bağlı sənədləri doldurmadığı üçün töhmət verib. Y.Kərimli əlavə edib ki, Elsevər İslamov həmin məktəbdə ondan əvvəl çalışıb və kollektivlə münasibəti yaxşı olub.

"Elsevər müəllim kollektivə qarşı mehriban idi. Müəllimlərdən kimsə xəstələnəndə öz maşını ilə evinə aparır, lazımı köməklik göstərirdi. Natiq bəylə olan münasibətini müşahidə etməmişəm, onlar barəsində hər hansı bir şikayətlə qarşılaşmamışam. Natiq Mehdi gecə gözətçisi idi. Hadisədən iki ay əvvəl Elsevər mənə Natiqi yatarkən gördüyünü demişdi", - şahid deyib.

O bildirib ki, hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə gələndə xəbər tutub və onların tapşırığı ilə məktəb kameralarına baxış keçirilib.

"Məktəbin kameralarından qeydə alınan görüntülərə baxdıq. Təsvir bulanıq olsa da, kadrlarda iki şəxs görünürdü. Görüntüdən Natiq Mehdinin yerdə, Elsevər müəllimin isə ayaq üstə olduğunu müəyyən etmək olardı", - şahid deyib.

Proses martın 5-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il Bakının Xətai rayonundakı 55 saylı məktəbdə qeydə alınıb.

İttihama görə, Natiq Mehdi saat 23:00 radələrində iş yoldaşı, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.

Elsevər İslamov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 245 ci-(qəbir üzərində təhqiredici hərəkət), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Fevral 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri