“Məktəb psixoloqlarına ciddi nəzarət olacaq” Nazir müavini/Özəl
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Məktəb psixoloqlarının fəaliyyətinə ciddi nəzarət nəzərdə tutulur.
Bunu Bizim.Media-ya açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimli bildirib.
Onun sözlərinə görə, bununla bağlı Elm və Təhsil Nazirliyi özünün fəaliyyət planı var.
"Aidiyyatı üzrə bu işlərlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də məşğul olur. Elm və Təhsil Nazirliyinin fəaliyyət planında, eləcə də bizim agentliklərin fəaliyyət planında bununla bağlı konkret tədbirlər nəzərdə tutulur.
“Məktəb psixoloqlarının da sertifikasiyadan keçirilməsi planlaşdırılırmı” sualına isə nazir müavini belə cavab verib:
"Sertifikatlaşma ilə bağlı qeyd edim ki, 120 minlik müəllim kontingentinin 100 mindən böyük bir hissəsi artıq sertifikasiyadan keçib. Yeganə sertifikasiyanın, belə deyək, şamil olunmadığı kontingent bizim 60 yaşdan yuxarı müəllimlərimizdir ki, bildiyiniz kimi, onları könüllü əsasda cəlb etmək imkanı yaratmışıq. Yaxın üç ildə müəyyən bir kontingent də mərhələli şəkildə sertifikasiya cəlb olunacaq. Sertifikasiyanın ikinci mərhələsi ilə bağlı da bizim planlarımız var. Yəqin ki 2027-ci ilə doğru və yaxud da bu ilin sonuna doğru həmin planlarımızı ictimaiyyətlə bölüşəcəyik".
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Noyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















