Icma.az
close
up
RU
Məktəb bufetlərinə nəzarət gücləndirilir

Məktəb bufetlərinə nəzarət gücləndirilir

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional Bölməsinin əməkdaşları ümumi təhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici tədbir keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, qida bloku olan ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, bufet operatorları və şagirdləri iştirak ediblər.

Göygöl rayonunda təşkil edilən tədbirin əsas məqsədi məktəb bufetlərinə nəzarətin gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunmasının təmin edilməsi və şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviqidir.

Görüş zamanı agentliyin mütəxəssisləri iştirakçılara qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələbləri, məktəb bufetlərində tətbiq olunan sanitar-gigiyenik və texniki-normativ qaydalar barədə ətraflı məlumat veriblər. Həmçinin qida məhsullarının düzgün saxlanması, daşınması və istehlak şərtləri, qida zəhərlənmələrinin profilaktikası və qarşısının alınması yolları izah olunub. Bununla yanaşı, sağlam qidalanma prinsipləri və keyfiyyətli qidanın gənc nəslin fiziki inkişafında rolu diqqətə çatdırılıb.

Tədbirin sonunda bufet operatorlarına metodiki tövsiyələr verilib, iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Bu cür maarifləndirici görüşlərin digər təhsil müəssisələrində də davam etdirilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Aprel 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see566

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see372

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see326

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see312

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see269

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see264

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see233

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see232

Qarabağda minalar belə təmizlənir VİDEO

04 Avqust 2026 17:10see220

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see220

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see213

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see203

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see202

Sirr kimi saxlayırdılar, amma... Görüntüləri yayıldı ŞOK FOTO

04 Avqust 2026 16:48see198

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see189

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see187

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see180

Anar Babayev Naxçıvanın icra başçısı oldu

04 Avqust 2026 12:54see177

Tokayev Paşinyanı təbrik etdi: Ermənistanla bağlı mesaj verdi

04 Avqust 2026 14:14see169

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri