Məktəb psixoloqu vəzifəsinə işə qəbul müsahibəsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayır.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Müsahibədə uğur qazanmayan namizədlərə 24-25 iyunda saat 14:30-dan 17:00-dək BŞTİ-yə yaxınlaşaraq psixoloqların işə qəbul müsabiqəsinin Apellyasiya komissiyasına müraciət etmək imkanı yaradılıb. Müraciət edənlərin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiqləyən sənədlərini özləri ilə gətirməsi vacibdir.
Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə onların əlaqə nömrələrinə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 İyun 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















