Məktəb qiymətləri ilə imtahan nəticələri niyə üst üstə düşmür?
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məktəblərdə il ərzində aparılan qiymətləndirmə ilə qəbul imtahanlarının nəticələri arasında ciddi fərqlər müşahidə olunur.
Statistik göstəricilər təsdiqləyir ki, məktəbdə yüksək və ya orta müvəffəqiyyətlə oxuyan bəzi məzunlar imtahanlarda gözlənilən nəticəni əldə edə bilmirlər.
Eyni zamanda, dərslərdə orta nəticə göstərən şagirdlərin qəbul imtahanlarında yüksək bal toplaması hallarına da az rast gəlinmir. Müzakirələrə səbəb olan digər bir məqam isə bəzi şagirdlərin uzun illər təhsil almalarına baxmayaraq, elementar oxu və yazı bacarıqlarını mənimsəyə bilməmələridir.
Mütəxəssislər hesab edirlər ki, bu hallar tədris prosesinin və qiymətləndirmə mexanizmlərinin daha dərindən təhlil edilməsini zəruri edir.
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
Sakinlərdən biri vəziyyəti belə izah edib: "Burada obyektivlikdən söhbət gedə bilməz, çox güman ki, kənar müdaxilələr var".
Digər bir sakin isə problemin kökünü müəllimlərin iş yükündə görür: "Müəllimlərə dərs keçməyə imkan verilmir. Onlar tədris prosesi ilə məşğul olmaq əvəzinə, sənədləşdirmə işləri və hesabatlarla yüklənirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 24 İyun 2026 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















