Məktəb və din Beynəlxalq hüquq nə deyir?
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, uşağın seçim azadlığı ilə valideynin dini tərbiyə hüququ arasında balans qorunmalı, valideyn hüquqları hüquqi və dünyəvi dövlət prinsipləri ilə ziddiyyət təşkil etməməlidir.
“Dini nöqteyi-nəzərdən də fərdin dinə münasibəti onun yetkinlik yaşına çatması və şəxsi qərarı ilə bağlıdır. Qurani-Kərimin “dində məcburiyyətin olmaması” postulatı da yetkinlik yaşına çatmamış uşaqların müəyyən dini geyim normalarına tabe etdirilməsinin yolverilməzliyini təsdiqləyir”, - B. Məhərrəmov vurğulayıb.
Deputat bildirib ki, məktəblərdə tətbiq edilən geyim tələbləri mövcud hüquqi çərçivənin və qanunvericilik normalarının ardıcıl icrasını təmin edir:
“Nazirlər Kabinetinin təhsilalanların geyim formalarının təsvirlərinə və təhsilverənlərin geyim tələblərinə dair qərarları, habelə ümumi təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi məktəbdaxili nizam-intizamın və işgüzar mühitin gücləndirilməsinə yönəlib. Bu yanaşma beynəlxalq hüquq praktikasında da tam dəstəklənir. Avropa İnsan Hüquqları Məhkəməsinin "Dahlab İsveçrəyə qarşı" və "Leyla Şahin Türkiyəyə qarşı" işləri üzrə presedentləri təhsil müəssisələrində neytrallığın və dünyəviliyin qorunması məqsədilə geyim məhdudiyyətlərinin tətbiqini legitim hesab edir. Eyni zamanda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi region ölkələrində də analoji vahid geyim standartları hüquqi müstəvidə tətbiq olunmaqdadır”.
B. Məhərrəmov onu da qeyd edib ki, məktəblərdə dünyəvilik prinsiplərinin və vahid geyim qaydalarının tətbiqi heç bir halda dini inanclara qarşı yönəlməyib: “Azərbaycan dövləti hər zaman İslam dininə və milli-mənəvi dəyərlərə böyük ehtiramla yanaşır. Son illərdə ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Şuşa, Ağdam, Zəngilan və digər rayonlarımızda məscid və ziyarətgahların bərpası, din xadimlərinə və dini konfessiyalara dövlət maliyyə dəstəyinin artırılması, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti, eləcə də COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti və Şuşada Türk Dövlətləri Təşkilatının dini qurumlar rəhbərlərinin görüşü kimi beynəlxalq tədbirlər bu qayğının bariz nümunəsidir. Dövlət-din münasibətlərinin bu yüksək səviyyəsi fonunda təhsil müəssisələrində nizam-intizamın və dünyəviliyin qorunması milli təhlükəsizliyimizin, cəmiyyətimizin sağlam gələcəyinin və ideoloji dayanıqlılığının vacib təminatıdır”.
Mürtəza
Azərbaycan, təhsil, məktəb, vahid forma, müəllim, şagird, dünyəvilik, din, etiqad azadlığı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Oktyabr 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















