Abbasov, Hacıbəyli və “söyüş müxalifəti” Azərbaycana qaytarılacaq: Beynəlxalq hüquq nə deyir?
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məlum olduğu kimi, “Mehdiyev işi” çərçivəsində radikal müxalifət cəbhəsində də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən əməliyyat keçirildi. Əməliyyat çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri və Milli Şuranın lideri Əli Kərimli həbs olundu və məhkəmə onunla bağlı 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçdi.
Qeyd edək ki, bundan əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsi 4 aylıq ev dustaqlığı hökmü çıxarmışdı. Onu da xatırladaq ki, Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittihamlar irəli sürülüb. Bu iş ətrafında həbs olunan şəxslər də 278.1-ci maddə (hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər) ilə istintaqa cəlb olunublar. DTX həbs olunanlardan əlavə iki nəfərlə bağlı da axtarış elan edib. Onlar Baş nazirin sabiq birinci müavini, Rusiyada fəaliyyət göstərən “Milyarderlər İttifaqı”nın rəhbəri kimi tanınan Abbas Abbasov və Milli Şuranın rəhbərliyində təmsil olunan Gültəkin Hacıbəylidir. Abbas Abbasov Milli Şuranın yaradılmasında və idarə edilməsində əsas fiqur hesab olunur.
Eyni zamanda, Abbas Abbasovun Milli Şuranı qanunsuz yollarla maliyyələşdirməkdə, Rusiya siyasi dairələrindən aldığı tapşırıqların icrasına nəzarət etməkdə adı çəkilir. DTX axtarış elan etsə də, hər iki şəxs ölkə hüdudlarından kənardadır. Gültəkin Hacıbəyli hazırda Türkiyədədir. Bir müddət əvvəl onun deportasiya ediləcəyi ilə bağlı müəyyən informasiyalar yayılsa da, hələ də onun Azərbaycana təhvil verilməsi mümkün olmayıb.
Abbas Abbasov isə Rusiyadadır və onun Azərbaycana təhvil verilib-verilməyəcəyi ilə bağlı rəsmi Moskva hələlik heç bir fikir bildirməyib. Lakin bu məsələlər beynəlxalq hüquqla tənzimləndiyi üçün hər iki ölkə axtarışda olan şəxslərin Azərbaycana verilməsinə, o cümlədən istintaq prosesinə kömək etmək üçün öhdəlik götürüb. Beynəlxalq hüquq bu məsələni məhz bu cür tənzimləyir.
Azərbaycan 1957-ci il tarixli “Ekstradisiya haqqında” Avropa Konvensiyası və onun əlavə protokolları üzrə tərəfdaşdır. Bu konvensiyaya üzv ölkələr arasında şəxslərin verilməsi tələb oluna bilər. Konvensiya 2002-ci ildən ölkəmizdə qüvvədədir və 50-dən çox dövlət bu sənədə qoşulub. Azərbaycan aşağıdakı ölkələrlə ikitərəfli ekstradisiya müqavilələri imzalayıb: Türkiyə, Bolqarıstan, Gürcüstan, Rusiya Federasiyası, İran İslam Respublikası, Çin Xalq Respublikası.
Çinlə 2005-ci il tarixli “Ekstradisiya haqqında” saziş, 2015-ci ildə isə məhkumların verilməsi haqqında saziş mövcuddur. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə də ekstradisiya haqqında ikitərəfli müqavilənin olduğu təsdiqlənib və bu çərçivədə artıq şəxslər ölkəyə gətirilib. Bundan əlavə, digər ölkələrlə də praktiki əməkdaşlıqlar mövcuddur. Bəzi hallarda rəsmi müqavilə olmasa da, qarşılıqlılıq prinsipi əsasında ekstradisiya həyata keçirilə bilər. Yəni iki dövlət arasında xüsusi razılaşma ilə şəxslər təhvil verilir.
Məsələn, 2023–2024-cü illərdə Böyük Britaniya, Almaniya, Polşa, Belarus, Moldova və Ukrayna kimi ölkələrdən Azərbaycan vətəndaşlarının təslim edilməsi ilə bağlı razılıqlar əldə olunub. Göründüyü kimi, beynəlxalq hüquq da Azərbaycanın axtarışa verdiyi, istintaqa cəlb etdiyi şəxslərin yuxarıda adı çəkilən ölkələr tərəfindən təhvil verilməsini öhdəlik kimi müəyyən edir.
Qeyd edək ki, bu hüquqi mexanizm “söyüş müxalifəti” kimi tanınan və Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərə də şamil olunur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qiyabi hökmlə xaricdə yaşayan bloqerlər Qurban Məmmədov və Tural Sadıqlı 14 il, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxan isə hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214.2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılığa çağırışlar), 281.2-ci (silahlı qiyam, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 320.1-ci (rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunublar.
Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.
Vilayət Muxtar
Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Dekabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















