Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Məktəbdə “5”, imtahanda “3”: Hansı daha realdır?

Məktəbdə “5”, imtahanda “3”: Hansı daha realdır?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təhsil sistemində qiymətləndirmə meyarlarında ciddi uyğunsuzluq diqqəti çəkir. 

Sosial mediada attestatda “3” qiymət alan şagirdin buraxılış imtahanında yüksək nəticə göstərməsi yayımlanıb. Digər tərəfdən, rəsmən bəyan edlib ki, attestatında “5” alan abituriyentlərin bir qisminin imtahan nəticələrində fərqlər mövcuddur. Attestat qiymətləri ilə imtahan nəticələri arasındakı uyğunsuzluğun səbəbləri nədir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirdi ki, şagirdin attestat qiymətlərinə bir çox amil təsir edir: 

“Məktəbdaxili qiymətləndirmə ilə mərkəzləşdirilmiş qiymətləndirmə arasında dəyərləndirmə fəlsəfəsi və mexanizmi tamamilə fərqlidir. Məktəblərdə şagirdlərə verilən qiymətlər çox zaman onların davamiyyəti, gündəlik tapşırıqlara münasibəti, müəllimlə ünsiyyəti və digər formal göstəricilər üzərindən formalaşır. 

Hətta bəzi hallarda sosial amillər və qeyri-rəsmi münasibətlər də qiymətləndirməyə təsir edir. Bu isə o deməkdir ki, attestat qiymətləri real bilik və bacarığın obyektiv göstəricisi olmaya bilər”. 

Onun sözlərinə görə, digər tərəfdən, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar daha standartlaşdırılmış və vahid ölçü meyarlarına əsaslanan modellərlə aparılır:

“Lakin bu imtahanlar yalnız bilik yoxlaması deyil, həm də psixoloji davamlılıq, vaxtın idarə olunması, stress altında düşünmə və strateji yanaşma kimi bacarıqları ölçür. Belə olan halda məktəbdə “3” qiyməti almış, lakin ciddi şəkildə fərdi şəkildə imtahana hazırlaşmış və bu şəraitə uyğunlaşma bacarığı formalaşmış bir şagird yüksək nəticə göstərə bilir. 

Əksinə, məktəbdə tədris ili ərzində  “5” qiymət almış, lakin imtahanın gedişatına psixoloji və metodiki baxımdan hazır olmayan şagird gözlənilən nəticəni göstərə bilmir. 

Bu ziddiyyətin kökündə dayanan başqa bir mühüm amil isə tədrisdə kənar hazırlıq, yəni repetitorluq sistemidir. Reallıq budur ki, bu gün bir çox şagird məktəb tədrisi ilə kifayətlənmir. Əsas diqqət fərdi hazırlığa yönəlir və imtahana hazırlıq prosesi ayrı bir paralel təhsil sisteminə çevrilib. Bu da o deməkdir ki, attestat qiyməti sırf məktəb mühitindəki fəaliyyətə görə formalaşırsa, qəbul balı daha fərqli və geniş çərçivədə hazırlığın məhsuludur”. 

Ekspert qeyd edib ki, attestat qiymətləri şagirdlərin real biliyini deyil, daha çox sinifdəki davranış, davamiyyət və müəllim subyektivliyini əks etdirir: 

“Məsələ yalnız qiymət fərqində deyil, qiymətləndirmə fəlsəfəsindədir. Məktəbdə şagirdin ilboyu öyrənmə prosesi izlənir, DİM imtahanında isə bir neçə saatlıq performans dəyərləndirilir. Bu fərqli yanaşmaların eyni nəticəni verməsi isə praktik olaraq mümkün deyil. Nəticə etibarilə, burada əsas məsələ konkret kiminsə “3”, ya da “5” alması deyil, ümumilikdə təhsilin keyfiyyətinə dair etibarlı qiymətləndirmə modelinin olmamasıdır. 

Əgər məktəbdə verilən qiymətlər real öyrənməni əks etdirmirsə, bu, həm şagirdin gələcəyinə, həm də təhsil sisteminin reputasiyasına zərər vurur. Ona görə də həm məktəbdaxili qiymətləndirmənin obyektivliyi gücləndirilməli, həm də məktəb və mərkəzləşdirilmiş imtahan sistemi arasında daha uyğunluq yaradılmalıdır. 

Bu cür ziddiyyətli nəticələr bizə bir daha göstərir ki, təhsildə əsas məqsəd “qiymət” deyil, real öyrənmə və bacarıq formalaşdırmaqdır. Əgər sistem yalnız qiymətlərlə ölçülürsə, bu zaman ciddi keyfiyyət böhranı yaşanır”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: Attestat Əmrah Həsənli buraxılış imtahanı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri