Icma.az
close
up
RU
Məktəbdə dinlər haqqında fənnin olmasına bir ehtiyac var REKTOR

Məktəbdə dinlər haqqında fənnin olmasına bir ehtiyac var REKTOR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Din tədrisi məsələsində müxtəlif fikirlər var. Bu sahənin mütəxəssisi olaraq bir deyimi xatırlatmaq istəyirəm: “Müqəddəs yer boşluq qəbul etmir”.

Modern.az-ın məlumatına görə, bunu İlahiyyat İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, cəmiyyətimizin fərdlərinə, öz övladlarımıza bu barədə məlumat verməsək, başqaları gəlib məlumat verəcək

:Bu gün artıq bilik mənbələri çoxalıb. Əvvəllər bilik mənbəyi təkcə ailəmiz, daha sonra bağça, məktəb və universitet idisə, indi internet var. Bu gün bir çox məsələlərdə biliklərin çoxalması və təəssüf ki, korlanması baş verir. Uşaqlarda dinin sağlam bünövrəsi əvvəlcədən qoyulmalıdır. Amma bu biliklər hansısa bir dinin və ya dini ideologiyanın insanlara təlqin edilməsi şəklində olmamalıdır. Təsviri xarakterdə olmalıdır. Dünya təcrübəsindən istifadə oluna bilər. Məsələn, Avropanın bəzi ölkələrində din tədrisi seçmə fənn, bəzilərində isə əsas fənn kimi tədris edilir. Lakin bir din deyil, cəmiyyətdə mövcud olan dinlər başda olmaqla ümumilikdə dinlər haqqında da təsviri biliklər öyrənilməlidir. Dinlər haqqında məlumat verəcək bir fənnin olmasına bir ehtiyac var. Ölkəmizdə orta məktəblərdə “Həyat bilgisi” dərsliyində bu haqda məlumat verilir, tarix fənnində dinlər haqda müəyyən mövzuların daxilində məlumat var. Ədəbiyyat fənnində, xüsusilə orta əsrlər ədəbiyyatında bu barədə məlumatlara rast gəlmək mümkündür. Necə ki, ölkələrin coğrafiyası, tarixi haqqında tədris aparılır, eləcə də cəmiyyətdə mövcud olan bir fenomen kimi din haqqında da biliklərin verilməsi faydalıdır. Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də. Bu da bir növ tarixi bilgidir. Əgər biz bu bilgini doğru istiqamətdə verməsək, bu ya xurafatçılıq şəklində, ya da radikalizm formasında özünü göstərəcək. Dinin doğru şəkildə öyrədilməsi cəmiyyətin bütün təbəqələrinin, inanc sahiblərinin və inancsızların da xeyrinədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Fevral 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri