Məktəbdə içki məclisi təşkil edən müəllimlər işdən QOVULDU
Məktəbdə çəkilən kadrlar müzakirə doğurub.
Redaktor.az xəbər verir ki, İzmirdə məktəbdə müəllimlərin içki məclisi təşkil etməsi geniş müzakirələrə yol açıb.
Bornova Yahya Kamal Bayatlı adına orta məktəbdəki məzuniyyət tədbirində bədən tərbiyəsi müəlliminin məktəb həyətində şampan açdığı görüntülərdən sonra İzmir İl Milli Təhsil İdarəsi tərəfindən araşdırma başladılıb.
Valideynlərin etirazına səbəb olan bu videoda müəllimlərin məktəbdə rəqs edib şampan içdiyi müşahidə olunub. Müəllimlərin məktəb daxilində içki içməsi də valideynlərin kəskin reaksiyası ilə qarşılanıb.
Baxış sayı:116
Mənbə:https://redaktor.az