Icma.az
close
up
RU
Məktəbə gec gedən uşaqları nə gözləyir? RƏSMİ AÇIQLAMA

Məktəbə gec gedən uşaqları nə gözləyir? RƏSMİ AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Uşağın məktəbə gec göndərilməsi təhsil hüququnun gec həyata keçirilməsinə səbəb olur. 8 yaşı tamam olmuş uşaqlar artıq ümumi siniflərdə deyil, fərdi təhsil formasında təhsilə cəlb olunurlar. Bu isə onları birlikdə öyrənmə mühitindən, sosiallaşma imkanlarından və məktəb mühitinin əsas üstünlüklərindən məhrum edə bilər”.
Bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli media üçün təşkil edilən brifinqdə deyib.
Bildiyimiz kimi, Azərbaycanda beşyaşlılar məktəbəqədər təhsilə, 6 yaşlılar isə ibtidai təhsilə cəlb olunurlar. Lakin müəyyən səbəblərdən övladını 7 və ya daha böyük yaşda məktəbə göndərənlər var.
Bəs təhsilə gecikənlər necə təhsil almalıdırlar? Fərdi təhsil hansı qaydada həyata keçirilir?
Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, eləcə də ümumi təhsil müəssisələrində hər hansı sahə üzrə xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün təyin edilmiş təhsil formasıdır.
Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsil formasının tənzimləmə qaydası aşağıdakı kimidir. Bu kateqoriyaya ümumi təhsilə ümumiyyətlə cəlb olunmayanlar, ibtidai təhsil səviyyəsini bitirdikdən sonra təhsildən kənarda qalanlar, ibtidai təhsil səviyyəsinin 4-cü, ümumi orta təhsil səviyyəsinin 9-cu sinifləri istisna edilməklə, bu səviyyələr üzrə digər hər hansı bir sinfi bitirdikdən sonra təhsildən kənarda qalanlar aid edilirlər. İbtidai təhsil səviyyəsində fərdi təhsilə 15, ümumi orta təhsil səviyyəsində isə 25 yaşadək olan şəxslər cəlb olunurlar.
Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən təhsil sahəsi üzrə ekspert Elmin Nuri deyib ki, uşaqların məktəbə gec getməsi onların təhsil həyatına mənfi təsir göstərir:
“Uşaqların hansı yaşda məktəbə getməsi təkcə bizim ölkə ilə əlaqəli deyil. Bu məsələ dünyanın bir çox ölkəsində uzun illərdir eyni səpkidə gedir. İbtidai təhsil 6 və 6 yaş yarımdan başlayır. Bunun da elmi əsasları var. Mütəxəssislər əsasən, uşaqların nevroloji, psixoloji, fizioloji və zehni baxımından bu barədə ortaq qərara gəliblər. Xüsusi istedadlı uşaqlar var ki, bu, onlarda beş yaşda inkişaf etmiş olur.
Bu isə yalnız bir qrup uşağı əhatə edir. Elə uşaqlar var ki, onlar məktəbə 8 və ya daha böyük yaşda gedirlər. Həmin uşaqların sosiallığı xeyli zəifləmiş olur. Bu tipli uşaqlar birdən-birə sinif otaqlarına daxil olduqda nəinki həmin tədris ilini, ümumiyyətlə, bütün təhsil həyatlarını iflic hesab edə bilərlər. İstisna sayda uşaqlar var ki, onlar iradəli olurlar və adaptasiya prosesini tez keçirirlər. Amma çox sayda uşaq bunu atlaya bilmir və bu, onun təhsil həyatındakı uğurlarının üstündən xətt keçir. Bu əsnada onların fərdi təhsilə cəlbi müsbətdir. Amma bu əlavə bir qüvvə, vaxt və xərcdir”.
O, hesab edir ki, həmin yaş uşaqlarda qavrama qabiliyyəti daha güclü olur:
“İnsan ömrü üçün bir il böyük müddət deyil. Amma şəxsiyyət kimi formalaşmasında böyük rol oynayan yaş aralığıdır. Bu yaş dövründə uşağın yaddaşı, bacarıqları inkişaf edir. Burada hər müddətin özünün missiyası var. Bir çox insanın şüuraltısı bu yaş dövründə zənginləşir. Təsəvvür edin ki, uşaq bu yaşda məktəbə getmir və bir ilini itirmiş olur”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Avqust 2025 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri