Məktəbə telefon gətirən şagirdlərlə bağlı VACİB XƏBƏR
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son zamanlar məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi ilə bağlı məsələ tez-tez gündəmə gəlir.
Milli.Az xəbər verir ki, mövcud qaydalara əsasən, şagirdlərin məktəbə mobil telefon, ağıllı saat və digər elektron cihazlar gətirməsi, eləcə də dərs zamanı onlardan istifadə etməsi məqsədəuyğun hesab edilmir.
Lakin müəllim hər hansı dərsdə elektron cihazlardan istifadəni nəzərdə tutursa, bu barədə valideynlər əvvəlcədən yazılı şəkildə məlumatlandırılmalı və cihazların təhlükəsiz saxlanılması təmin edilməlidir.
Qaydalara görə, valideyn övladına məktəbə gedib-gələrkən əlaqə saxlamaq məqsədilə telefon və ya digər elektron cihaz verərsə, həmin cihazlar dərs gününün sonuna qədər məktəb tərəfindən təhlükəsiz şəkildə qorunmalıdır.
Eyni zamanda, dərs saatları ərzində bu cihazların şagirdlərə təqdim edilməsinə icazə verilmir və onlar yalnız tədris günü başa çatdıqdan sonra geri qaytarılmalıdır.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 30 May 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















