Məktəbin ümumi qayda və prinsipləri gözlənilməlidir Atəş Əhmədli
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mən bir ziyalı olaraq düşünürəm ki, azyaşlı uşaqlar istisna olmaqla, yuxarı yaş qrupunda olan məktəblilər üçün bu qaydalar o qədər də azad deyil. Bəlkə də onlara sərbəstlik vermək lazımdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Atəş Əhmədli təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması və vahid məktəbli geyim formasının tətbiqi barədə danışarkən səsləndirdi.
Onun fikrincə, yuxarı yaş qrupunda olan şagirdlərə seçim imkanı verilə bilərdi:
"Amma aşağı yaş qruplarında olan şagirdlər üçün bu qaydaların tətbiqi təqdirəlayiqdir. Məktəbin ümumi qayda və prinsiplərinin gözlənilməsinin tərəfdarıyam. Bu barədə onu da deyim ki, dünən professor, akademik Nizami Cəfərov da bu haqda danışıb. O da bu fikri bəyənib və məhz bu şəkildə təqdim edib".
Xədicə BAXIŞLI
Baxış sayı:131
Bu xəbər 13 Oktyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















