Icma.az
close
up
RU
Məktəblərdə aqressiya halları çoxalır: “Bu problem gələcəyi silkələyəcək bəlaya çevrilə bilər...”

Məktəblərdə aqressiya halları çoxalır: “Bu problem gələcəyi silkələyəcək bəlaya çevrilə bilər...”

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq yeni dərs ili başlayıb və çox qısa müddət keçməsinə baxmayaraq, məktəblərdə xoşagəlməz hadisələr diqqət çəkir. Şagirdlər arasında aqressiya halları, bir-birinə qarşı məsuliyyətsiz davranış və hətta zorakılıq faktlarının artması cəmiyyət üçün ciddi narahatlıq doğurur. Əslində məktəb, uşaqların yalnız bilik qazandığı deyil, həm də sosial bacarıqlar, ünsiyyət mədəniyyəti və insanlara hörmət kimi dəyərləri öyrəndiyi mühüm bir mühitdir. Lakin son zamanlar müşahidə olunan mənzərə göstərir ki, bəzi şagirdlər bu prosesdən kənarda qalır və nəticədə neqativ davranış modelləri formalaşır.

Filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli Ölkə.az-a açıqlamasında bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə müzakirə mövzusudur.

Onun sözlərinə görə, belə halların artması cəmiyyətdə ciddi narahatlıq doğurur və kompleks yanaşma tələb edir:

"Məktəblilər arasında aqressiv və məsuliyyətsiz davranışların artmasının bir neçə əsas səbəbi ola bilər: ailədaxili mühitin təsiri, sosial şəbəkələrdə və oyunlarda zorakı məzmunun çoxluğu, məktəblərdə psixoloji dəstəyin kifayət qədər güclü olmaması və sosial dəyərlərin uşaqlara erkən yaşlardan sistemli şəkildə aşılanmaması. Gərgin ailə mühiti, valideyn nəzarətinin zəifləməsi, telefon və sosial mediada aqressiv məzmunlarda oyunlar, videolarla tez-tez qarşılaşmaq, onları izləmək aqressiyanı gücləndirir. Müasir dövrdə uşaqlara nəzarət mexanizmini təmin etmək çox çətinləşib. İnternet üzərində qazanılan virtual tanışlıq, zorakı məzmunlu oyunlar, o cümlədən, seriallar, video roliklər uşaqlarda aqressiv davranışa təsir göstərir, valideyn və məktəb tərəfindən emosional tənzimləməni çətinləşdirir. Problemlər, ailə büdcəsi o qədər baş qatıb ki, valideynlər çox vaxt öz övladlarını "tanımırlar". Tanımırlar belə ki, o uşağın içində, daxili dünyasında nələr formalaşdığından, hansı istiqamətə getdiklərindən xəbərsiz olurlar. Bəzən isə valideynlərin öz aqressiyası uşaqlara yansıyır, özləri də fərqində olmadan uşaqların sərt, kobud böyüməsinə səbəb olurlar. Belə mühitdə artıq mədəni uşaq anlayışı zəif uşaq anlayışına bərabər tutulur. Bu problem gələcəyi ciddi şəkildə silkələyəcək bəlaya çevrilə bilər. 

Bunun üçün məktəblərdə məsuliyyət hissini gücləndirmək və aqressiyanın qarşısını almaq üçün mühüm tədbirlər təşkil edilməlidir, sözdə yox, ad üçün yox, ciddi məzmunlu və konkret auditoriyaya xitabən. Şagirdlərdə empatiya, etik davranış və məsuliyyət mövzularını əhatə edən dəyərlər təlimlərinin təşkili, o cümlədən məhz valideynlərin də cəlb olunması vəziyyətin həlli istiqamətində atılan addımlar olar". 

V.Ağabəyli qeyd edib ki, məktəblərdə psixoloq və sosial işçi fəaliyyətinin gücləndirmək lazımdır:

"Hansı məktəbdən soruşulsa, deyiləcək psixoloq xidməti mövcuddur. Lakin psixoloq xidmətinin fəaliyyət planı nədən ibarətdir? Kim tərtib edir və kim təsdiqləyir? Fəaliyyətin icrası ilə bağlı hansı monitorinqlər aparılır? Sadəcə şəkillər və press-relizlər kifayətdirmi? Bütün məktəblər bu suala səmimi və canayananlıqla cavab axtarmağa çalışsalar, yenə də məktəblilərə mühüm təsiri olar. 

Əvvəllər bir qabdan yemək yeyib, eyni stəkandan su içən, bir-birinin evində gecələyən şagirdlərdən niyə narahat olmurdular, bulinqlər niyə yox idi və ya bu qədər deyildi? Çünki valideynlər özləri də aqressiv deyildi, zərər verə bilmək hissi, kəskin şiddət hissi bu qədər dərin deyildi. Müəllimlər də məktəbə və məktəblilərə doğma yanaşırdı. Məktəb-valideyn əməkdaşlığının genişləndirmək lazımdır, sadəcə valideyn iclasında uşağın aldığı qiymətlə tanışlıq yetərli deyil, valideynlər üçün seminar və maarifləndirici görüşlərin təşkil olunması, problemli vəziyyətlərin daha öncədən aşkarlanması və ona uyğun tədbirlərin təşkil edilməsi vacibdir. 

Bundan başqa, məktəblər motivasiyanı təmin etmək üçün məsuliyyətli davranış nümunələrinin şagirdlər arasında mükafatlandırılması və ictimailəşdirilməsinə şərait yaratmalıdır. Təbii ki, obyektiv şərtlərlə! Şagirdlərin məsuliyyətli, mədəni davranışlarını məktəbdə elan lövhələrində paylaşmaqla, tədbirlərdə mükafatlandırmaqla digərlərini də təşviq etmək olar. Lakin bu məsələdə də diqqətli olmaq lazımdır, birini həddindən artıq tərif edib, digərini dayanmadan təndiq etdikdə, daim tənqid olunanda da aqressiyanın təməlini qoymuş olurlar. 

Nəticə etibarilə, aqressiyanın və məsuliyyətsiz davranışların azaldılması təkcə məktəbin deyil, həm də ailənin, ictimai qurumların birgə məsuliyyətidir. Sistemli yanaşma tətbiq olunarsa, həm şagirdlərdə məsuliyyət hissi güclənər, həm də məktəb mühiti daha sağlam və təhlükəsiz olar".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri