Icma.az
close
up
RU
Məktəblərdə bullinq halları çoxalır: Zorakılığın qarşısı necə alına bilər?

Məktəblərdə bullinq halları çoxalır: Zorakılığın qarşısı necə alına bilər?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Müasir valideynlər icazə vermirlər ki, məktəbdə kimsə onların uşağına nəsə desin. Məktəbdə müəllimin uşağın tərbiyə prosesinə müdaxilə etmək səlahiyyəti olmayanda da bullinq halları çoxalır.

"Müqəvva" filmi 1983-cü ildə ekranlara çıxanda tənqidçilər sovet məktəbinin rüsvay edildiyini əsas tutaraq rejissora qarşı hücuma keçdilər. Məktəblilər arasında zorakılığın baş verməsini ekrana gətirdiyinə görə rejissora dəstək verənlər də oldu. Filmin rejissoru Rolan Bıkov film terapiyasının alətləri ilə problemin təkcə həllini deyil, həm də başvermə səbəblərini göstərmişdi. Süjet zorakılığa məruz qalmış bir yeniyetmə qızın - Lenanın prizmasından zorakılığın bütün ətrafa mənfi təsirini detallarla ifşa edirdi. Halbuki o vaxtlar bullinq termini yaranmamışdı.

Elə indinin özündə də bullinq (bullying - qorxutma, hədə-qorxu, zorakılıq) qanunlarda və ya məktəb sənədlərində təsbit edilmir. Lakin valideynlər, müəllimlər və psixoloqlar tərəfindən vaxtaşırı istifadə olunur.

Son vaxtlar məktəblərdə baş verən bullinq hallarının artması Elm və Təhsil Nazirliyinin də diqqətini bu istiqamətə yönəldib. Nazirliyin uşaq hüquqları sahəsində hazırladığı konsepsiyada uşaq hüquqlarının qorunması, sağlam mühitin yaradılması məqsədilə valideynlər üçün təlimlərin təşkili, məktəblərdə psixoloji problemlərin və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi, monitorinqlərin gücləndirilməsi və s. tədbirlər nəzərdə tutulur.

Mütəxəssislər konsepsiyanın problemin həllində rol oynayacağına ümidlərini gizlətmirlər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Helikopter valideyn"

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Rasif Dünyamalıyevin fikrincə, uşaqlar arasında aqressiya bu günün problemi deyil, 20-30 il əvvəl də məktəblərdə dava, böyük uşaqların kiçiklərə qarşı zorakılığı olub, bu gün də var: "Sadəcə, o dönəmdə ictimai nəzarət vardı. Uşaqlar dava edəndə böyüklər müdaxilə edir, uşağı başa salırdılar. İndi valideynlər icazə vermirlər ki, kimsə onların uşağına nəsə desin. Valideynlərin bu məsələyə yanaşması dəyişib. Valideynlər "mənim uşağıma heç kim heç nə deyə bilməz" deyirlər. Onda bullinqin qarşısı necə alınacaq? Məktəbdə müəllimin uşağın tərbiyə prosesinə müdaxilə etmək səlahiyyəti yoxdursa, ancaq təlimlə məşğul olursa, bu etik qaydaları, davranış normalarını uşağa kim öyrədəcək? Təəssüf ki, hazırda dünyada "helikopter valideyn" anlayışı formalaşıb. Valideynlər çalışırlar ki, uşaqların bütün davranışlarına nəzarət etsinlər, helikopter kimi başlarının üstündə fırlansınlar, onları qorusunlar. Belə olanda uşaqlar özlərini "hər şey edə bilmək" səlahiyyətində hiss edirlər, "bizə heç kim heç nə deyə bilməz" deyə düşünürlər". İŞ üzvü hesab edir ki, məktəbdə təhsilverənlər və təhsilalanlar üçün qaydalar müəyyən olunmasa, təlim və tədris prosesini təşkil edə bilmərik: "İstənilən müəssisənin daxili intizam qaydaları, etik kodeksi var. Bu qaydalar da ondan ötrüdür ki, məktəb daxilində hər kəs öz limitlərini bilsin. Sərhədlər müəyyən olunmasa, kim nə bildi edəcək. Bir yerdə qayda-qanun yoxdursa, orada nə inkişafdan, nə də perspektivdən danışa bilərik".

Müəllim-məktəb-ailə üçbucağı

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova hesab edir ki, nazirliyin problemin həlli istiqamətində çıxış yolu axtarması təqdirəlayiqdir: "Çünki məktəblərdə bullinq, ailədən gələn problemlər, tərbiyəvi məsələlərdə valideyn qayğısının təmin olunmaması və s. halları biz artıq uşaqların yanaşmalarında müşahidə edirik". K.Aşumova hesab edir ki, məktəblərdə peşəkar psixoloqların sayının az olması halları ilə rastlaşılsa da, problemin həllini təkcə psixoloqlardan tələb etmək düzgün olmaz: "Məsələnin həllində müəllimlərin rolu və öhdəlikləri də vacibdir. Çünki uşaqlarla ilk təmasda olan müəllimlər və sinif rəhbərləridir. Psixoloqa da uşağın problemini çatdıran müəllimdir. Müəllim-məktəb-ailə üçbucaq şəklində işləməlidir. Psixoloqların ilkin yardım göstərməsi üçünsə onların maddi-texniki bazası güclü olmalıdır. Həmçinin uşaqların "Uşaq qaynar xətti" haqqında məlumatlılığını gücləndimək lazımdır. Onların çətin durumda müraciət etmələri üçün bir ünvanları olmalıdır".

"Elə bir məktəb yoxdur ki..."

Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədova bildirir ki, hazırda məktəblərdə bullinqə məruz qalan uşaqların sayı durmadan artır: "Bugünlərdə tələbələrlə mövzumuz ailə münaqişələri idi. 80 faiz tələbə "valideynlərimiz bizə deyir ki, siz bizim yanlışımızsınız", - deyə gileyləndilər. Bu cür böyüyən uşaq necə aqressiv olmasın və ya bullinqə məruz qalmasın? Əgər uşaqlarda aqressiya varsa, ilk növbədə onun ailəsinə baxmaq lazımdır". N.Məmmədovanın fikrincə, məktəblərdə problemin həlli istiqamətində peşəkar psixoloqların olması vacibdir: "Yaxşı olardı ki, psixoloqlara dərs saatı verilsin. Hər sinifdə həftədə bir dəfə dərsləri olsa, yaxşı nəticə əldə etmək olar. Düzdür, hazırda məktəblərdə həm ibtidai siniflərdə oxuyanlar, həm də yeniyetmələrlə məşğul olan psixoloqlar çalışır, amma müşahidə edəndə görürsən ki, fəaliyyətləri o qədər də yoxdur. Hansı yeniyetməni danışdırırsan, içində yaxşı və pis mənada bir dünya var. Uşaqlarla ayrı-ayrılıqda məşğul olunmur. Bu tələb olsa, uşaq rahatlıqla psixoloqa gedə bilər. Bəzi psixoloqlar yanına gedən şagirdin məxfiliyini qorumur. Nəticədə uşaqların etibarı itir və məktəb psixoloqundan qorxurlar". N.Məmmədova bildirir ki, uşaqların aqressiyası məktəblərə görə dəyişmir: "Elə bir məktəb yoxdur ki, orada belə hallar baş verməsin. Əgər bir yerdə insan faktoru varsa, orada aqressiya da var. Sadəcə, ört-basdır edilənləri və üzə çıxanları olur".

N.Məmmədovanın fikrincə, maarifləndirmə işləri gücləndirilməlidir: "Valideynlərlə söhbət çox önəmlidir. Yuxarı siniflərdə valideynlər iclasa gəlmirlər. Ailə ilə məktəb əlbir işləsə, tam hərtərəfli, məsuliyyətli şəxsiyyət formalaşdıra bilərik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Fevral 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri