Icma.az
close
up
RU
Məktəblərdə dərslərin bitmə və başlama vaxtı dəyişir? KONKRET

Məktəblərdə dərslərin bitmə və başlama vaxtı dəyişir? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də dərslərin 1 sentyabrda başlayıb 25 mayda başa çatdırılması ilə bağlıdır. Bir çox valideyn hesab edir ki, iyun ayında havaların isti keçməsi uşaqların dərs prosesində çətinlik çəkməsinə səbəb olur.

Tədris ilinin əvvəlki qaydada təşkil olunması və dərslərin yenidən köhnə cədvəl üzrə keçirilməsi mümkündürmü?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva deyib ki, Azərbaycanda dərs ilinin 15 sentyabrda başlayıb 14 iyunda bitməsi məsələsinə yenidən baxmaq olar:

“Çünki valideynlərin iyun ayı ilə bağlı narahatlığı reallığa əsaslanır. Yüksək temperatur uşağın diqqətinə, yaddaşına və dərsi qavramasına təsir edir. Elmi araşdırmalar da göstərir ki, isti sinif otaqlarında öyrənmə keyfiyyəti aşağı düşür. Uşaqlar daha tez yorulur, diqqəti dağılır. Lakin sentyabr ayının əvvəli də iyun ayı qədər isti keçir. Odur ki, bu dəyişikliyin effektiv olacağını güman etmirəm”.

Sona Əliyeva bildirib ki, indiki dərs təqvimi ilə tədris 34 həftədir:

“1 sentyabr-25 may modelində tədris müddəti 32-33 həftəyə qədər qısalır. Lakin belə olan halda dərs saatlarının sayı artacaq ki, bu da uşaqlar üçün əlavə yükdür. Yəni çevik model kimi çox isti aran rayonlarında tədris ilinin müddətində və ya dərs saatlarında dəyişiklik ola bilər. Hər bir halda isə daha doğru olan fənn kurikulumlarının sadələşdirilməsidir. Şagird özünü daim ağır dərs proqramının təzyiqi altında hiss edəcəksə, məktəbə həvəssiz gedəcək. Odur ki, əsas məqsəd uşağın sağlam, rahat və öyrənə bildiyi məktəb mühitini yaratmaq olmalıdır. Təhsil təqvimi də bu reallığa uyğun qurulmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 İyun 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri