Icma.az
close
up
RU
Məktəblərdə psixoloji xidmət niyə zəifdir?

Məktəblərdə psixoloji xidmət niyə zəifdir?

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən günlərdə "Mavi Balina" adlı təhlükəli internet oyununun təsiri altına düşən 13 yaşlı məktəbli qızın həyatına son qoyması cəmiyyətdə dərin sarsıntı yaratdı. Bu acı hadisə bir daha göstərdi ki, uşaqların psixoloji durumuna nəzarət təkcə ailənin deyil, həm də məktəbin, xüsusilə də məktəb psixoloqlarının üzərinə düşən ciddi vəzifədir.

Uşaqlar günün böyük hissəsini məktəbdə və hazırlıq müəllimlərinin yanında keçirirlər. Bu qədər vaxtı birlikdə keçirən mühitdə psixoloji problemi olan uşağın davranışındakı, danışığındakı, sosial münasibətlərindəki dəyişiklikləri görmək, hiss etmək mümkündür. Lakin bunun üçün məktəbdə psixoloji xidmətin aktiv, davamlı və peşəkar şəkildə işləməsi şərtdir. Təəssüf ki, bir çox hallarda məktəb psixoloqlarının fəaliyyəti formal xarakter daşıyır, uşaqlarla mütəmadi fərdi söhbətlər aparılmır və nəticədə risk qrupunda olan şagirdlər vaxtında aşkarlanmayaraq diqqətdən kənarda qalır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Murad bildirdi ki, valideynlər, müəllimlər və psixoloqlar uşaqlarda ümumi psixoloji vəziyyəti daim analiz etməlidirlər:

"Valideyn övladının işlətdiyi hər sözə, hər kəlməyə fikir verməlidir. Əgər uşaq fərqli bir söz, fərqli bir kəlmə, fərqli bir cümlə qurursa, bunun altında müəyyən bir məna axtarmalıdır. Psixoloji tərəfdən yanaşsaq, əgər valideyn gündən-günə övladında hər hansı bir dəyişiklik görürsə, - istər psixoloji sarsıntı, istər aqressivlik, istər özünə qapanma olsun, - bu tipli hallarla rastlaşdığı zaman bunu “yaş dövrü mərhələsidir” deyib ötəri yanaşmaq düzgün deyil. Bəzi valideynlərin bu cür yanaşması problemi daha da dərinləşdirə bilər. Həmçinin orta məktəbdə şagirdlə mütəmadi ünsiyyətdə olan müəllimlər şagirddə hər hansı dəyişiklik hiss etdikdə birincisi, həmin şagirdin valideyni ilə əlaqə saxlamalıdır, ikincisi, özü hadisəyə müəyyən qədər müdaxilə etməyə çalışmalıdır, üçüncüsü, müəllim şagirddəki psixoloji dəyişiklikləri müşahidə etdikdə məktəbin psixoloqu ilə əlaqə saxlayıb şagirdi ona yönləndirməlidir. Bu addımların hamısı müntəzəm və vaxtında nəzərə alınsa, lazımi tədbirlər görülsə, şagirdlərdəki həmin vəziyyət vaxtında aşkar edilərsə, belə halların qarşısı alına bilər. Çünki indiki “Mavi balina” oyunu və ya digər hər hansı oyunlar və ya oyuncaq adlandırılan tətbiqlər uşaqların psixologiyasını pozmaq, onları yanlış istiqamətə yönləndirmək və uçuruma aparmaq məqsədi ilə yaradılmış şeylərdir. Bu isə təbii ki, arzuolunmaz nəticələrə gətirib çıxarır".

Ekspertin sözlərinə görə, məktəb-valideyn və məktəb-müəllim faktorundan əlavə, bu cür hadisələrə və sosial şəbəkələrdəki oyunlara xüsusi dövlət nəzarəti olmalıdır:

"Xüsusi nəzarət dedikdə, ölkədə internet və sosial şəbəkələrlə bağlı hər hansı yeni risk, resurs və ya təhlükə yarandıqda, onun qarşısını almağa qadir mexanizmlər nəzərdə tutulur. Ölkənin bu gücü və imkanları mövcuddur. Ona görə də bu məsələlərdə həm Daxili İşlər Nazirliyi, həm də bu proseslərlə məşğul olan digər dövlət qurumları belə oyunların ümumiyyətlə qarşısının alınması istiqamətində tədbirlər görməlidir. Çünki valideyn hər zaman övladı izləyə bilmir, müəllim də şagirdi hər an nəzarətdə saxlaya bilmir. Bəzən kiçik bir boşluq sonradan arzuolunmaz faciələrlə nəticələnə bilir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri