Icma.az
close
up
RU
Məktəblərdə psixoloji xidmət gücləndirilməlidir Psixopedaqoq

Məktəblərdə psixoloji xidmət gücləndirilməlidir Psixopedaqoq

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Artıq dərs ili başlayıb və heç bir həftə keçməsinə baxmayaraq, məktəblərimizdə xoşagəlməz hallar baş verir. Şagirdlər arasında aqressiya halları artıb, məsuliyyətsiz davranışlar və hətta zorakılıq hallarına rast gəlirik. Bu, cəmiyyətimizin diqqət etməli olduğu ciddi bir həyəcan siqnalıdır. Təəssüf ki, məsələnin həlli təkcə məktəbin intizam tədbirləri ilə yekunlaşmır. Burada psixoloji xidmətin gücləndirilməsi çox vacibdir, çünki psixoloq məktəbdə şagirdin daxili dünyasını anlamaq, emosional çətinliklərini üzə çıxarmaq və vaxtında tədbir görmək üçün əsas fiqurdur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri, psixopedaqoq, "Valideyn Məktəbi"nin təsisçisi Aysel Rəsulzadə təhsildə psixoloqların vacibliyindən danışarkən bildirdi.

Onun sözlərinə görə, əgər uşaqlar həftədə ən azı bir dəfə psixoloji xidmətdən yararlansalar, bu onların hisslərini ifadə etməsinə, emosiyalarını idarə etməsinə və konfliktləri sülh yolu ilə həll etməyi öyrənməsinə kömək edə bilər:

"Lakin burada təkcə psixoloqun rolu kifayət etmir. Sinifdə müəllim, evdə isə valideyn də bu prosesdə aktiv iştirak etməlidir. Psixoloq, müəllim və valideyn birliyinin nəticəsində problem daha səmərəli həll oluna bilər. Psixoloji xidmət sadəcə kiçik dəstək kimi deyil, həm də profilaktik tədbir rolunu oynamalıdır, çünki uşaqların davranış pozuntularının və zorakılıq hallarının azalması sistemli təşkilatçılıq tələb edir".

Psixopedaqoq qeyd etdi ki, müəllimlər yalnız şagirdin tədrisi, qiymətləndirilməsi ilə məşğul olmamalıdır, onlar şagirdin davranışındakı dəyişiklikləri diqqətlə izləməli, vaxtında valideyn və psixoloqa məlumat verməlidir:

"Sinifdə mehriban, amma sərhədli mühit yaradılmalı, qaydalara əməl olunmalı və şagirdlərlə ünsiyyət balansı qorunmalıdır. Aqressiv və ya nalayiq davranışlar zamanı isə dərhal cəza tətbiq etmək deyil, səbəbləri araşdırmaq və valideyn, psixoloq ilə birgə işləmək vacibdir. Valideynlər isə uşaqları ilə açıq ünsiyyət qurmalı, onların hisslərini başa düşməyə çalışmalıdır. Evdə sevgi və hörmət mühiti təmin edilməlidir, çünki məktəbdəki davranış çox vaxt evdəki atmosferin əksidir. Valideyn övladının məktəbdə və ya sosial həyatda çətinlik yaşadığını bilməli, psixoloqla əməkdaşlıq etməlidir".

Müsahibimizin fikrincə, məktəblərdə, psixoloji xidmət gücləndirilməlidir, lakin məsuliyyət yalnız psixoloqa yüklənməməlidir:

"Müəllim, valideyn və psixoloq birlikdə işlədikdə problem daha sürətli həll olunur. Valideynlərin rolu xüsusilə vacibdir, çünki uşaq evdə gördüyünü məktəbdə tətbiq edir. Əgər evdə valideyn, məktəbdə isə müəllim böyük hissəsini telefonda keçirirsə, uşaq üçün bu normal davranış modelinə çevrilir. Hədsiz telefondan istifadə həm vaxt itkisinə, həm də aqressiyaya səbəb olur və insani münasibətlərə mənfi təsir göstərir. Uşaqlar bunu həm müşahidə edir, həm yaşayır və gündəlik vərdişlərinə çevirirlər. Bu hallar evdə başlayır, məktəbdə özünü göstərir və zamanla cəmiyyət üçün təhlükə yaradır. Məsələni yalnız fərdi davranış kimi yox, sosial təhlükə kimi qiymətləndirməliyik. Vərdişlər bir uşağın deyil, bütöv bir nəslin və cəmiyyətin formalaşmasına təsir edir. Əgər uşaqlara sağlam mühit təqdim etməsək və texnologiyanı hədsiz və səmərəsiz istifadə etsək, bu boşluğu texnologiya dolduracaq. Bu isə yalnız ailələr üçün deyil, bütün cəmiyyət üçün təhlükədir. Məktəb, valideyn və psixoloq birlikdə işləməli, gələcək nəsillərin sağlam böyüməsini təmin etməlidir", - deyə Aysel Rəsulzadə vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri