Icma.az
close
up
RU
Məktəblərdə xoşagəlməz hal yaşana bilər 3 gün qaldı…

Məktəblərdə xoşagəlməz hal yaşana bilər 3 gün qaldı…

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Müəllimlər günü (5 oktyabr) yaxınlaşdıqca məktəblərdə pul yığımı məsələsi yenidən gündəmə gəlib. 

Bununla konkret mübarizə üsulu nədir?

Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, Emin Əmrullayev məsələni üzərindən ataraq, nazirliyin yalnız tənzimləyici qurum olduğunu və məktəblərin işinə qarışmadığını bildirib:

“Bu yanaşma absurddur və sanki ölkənin təhsil naziri deyil, qeyri-hökumət təşkilatının rəhbəri danışır. Məktəblərdə pul yığılmasının əsas səbəbi idarəetmə orqanlarının iflic vəziyyətidir. Bu qurumlar təhsil prosesini nə idarə edə, nə də tənzimləyə bilir. Halbuki tənzimləyici orqan qanunvericiliyə uyğun fəaliyyətin təşkilini təmin etməlidir. Mövcud vəziyyət isə göstərir ki, nazirlik təhsil müəssisələrinin qanuna uyğun işləməsini təmin edə bilmir. Təəssüf ki, təhsil sahəsində təcrübəsi və bilikləri olmayan şəxslər qərarverici mövqelərə gətirilir. Nəticədə məktəblərdə pul yığımı kütləvi hal alıb. Azərbaycan təhsil tarixində bu qədər geniş yayılmış neqativ hallara rast gəlinməyib. Hələ də sistem daxilində təhsilə biznes kimi yanaşan, müxtəlif layihə və təlimlər adı altında vəsaitlər silən qruplar mövcuddur. Bu, durumu daha da ağırlaşdırır”.

Elşən Qafarov

Ekspert bildirib ki, problemin kökü nəzarət sisteminin zəifliyi və idarəetmənin işləməməsidir:

“Bunun məsuliyyəti isə birbaşa Elm və Təhsil Nazirliyinin rəhbərliyinin üzərinə düşür. Nazir hər dəfə bu mövzulardan yayınmağa çalışsa da, nəticədə durumu daha da çətinləşdirir. Pul yığımı ilə mübarizə aparmaq üçün ilk növbədə idarəetmə orqanları işlək vəziyyətə gətirilməlidir. Hansı məktəbdə direktor pul yığırsa, orada müəllim və müavinlərin də eyni işi görməsi qaçılmazdır. Bununla belə, şəffaf çalışan məktəb direktorları və müavinləri də az deyil. Təəssüf ki, idarəetmə orqanları bunu görmür və əksinə, qanuna uyğun işləyən direktorları sıxışdırır. Əvəzində isə neqativ halların olduğu məktəblərin rəhbərləri dəstəklənir və irəli çəkilir. Nazir və komandası təhsil sistemində olduğu müddətdə ciddi dəyişikliklərin baş verəcəyini düşünmək çətindir. Əks halda, məsələ cəmiyyətin üzərinə atılacaq və guya insanların pul vermək istədiyi deyiləcək. Bu, riyakar yanaşmadır”.

Qeyd edək ki, 2024‑2025‑ci tədris ilində Azərbaycanda ümumi təhsil müəssisələrində 146 400‑ə qədər müəllim çalışıb.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri