Icma.az
close
up
RU
3 gün qaldı...

3 gün qaldı...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

COP29 günlərində nəqliyyat necə tənzimlənəcək?

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinə sayılı günlər qalıb. Noyabrın 11-22-də keçiriləcək iqlim konfransı üçün paytaxtda ciddi hazırlıq işləri görülür. Tədbirlə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq ediləcək. Belə ki, COP29 günlərində paytaxtda fərdi nəqliyyat vasitələri və ictimai nəqliyyatın hərəkətində müəyyən dəyişikliklər nəzərdə tutulur.

Avtobusların hərəkət sxemi dəyişdirildi

COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bakı metrosunun “Koroğlu” stansiyasının ətrafından “Piramida” adlanan ərazidən yalnız 163, 184 və 214 nömrəli avtobus marşrutları fəaliyyət göstərəcək. Bu marşrutlar paytaxtın Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində sərnişindaşımanı təmin edəcəklər. Yolun əks tərəfi isə COP29 əməliyyatları üçün istifadə olunacaq. Şəhərin mərkəzi hissələrindən “Koroğlu” metro stansiyasına gələn təqribən 12-yə yaxın marşrut üzrə avtobuslar metronun “Ulduz” stansiyası istiqamətinə, qalan marşrutlar isə “Qara Qarayev” və digər metrostansiyalara doğru yönəldiləcək. COP29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandıralacaq. Dəyişikliklərin tərkib hissəsi olaraq artıq noyabrın 4-dən paytaxtda sərnişindaşımanı həyata keçirən 33 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdirilib. Bunlar 1, 24, 93, 163, 60, 13, 184, 197, 198, 7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8, 15, 148, 162, 166, 38, 62, 70, 184, 214 nömrəli marşrut xətləridir. 9-24 noyabr tarixlərində COP29 iştirakçıları üçün avtobuslardan istifadə ödənişsiz olacaq.

Paytaxta girişdə qismən məhdudlaşma...

COP29 günlərində Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün məhdudiyyət olmayacaq. Həmçinin, bölgələrdən gələn avtomobillər üçün şəhərin giriş postlarında yoxlamalar aparılmayacaq.

Bakıda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Belə ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək və oradan Badamdar istiqamətinə gedə biləcəklər. Yasamal və “Şamaxinka” adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə bu istiqamətlərdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar. Beləliklə tədbir vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti Müşfiqabad-Xocəsən yolunda təşkil olunacaq postlarda qismən məhdudlaşdırılacaq. Onlar “Şamaxinka” ərazisindən geriyə dönmə ilə Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.

Bu avtomobillərə stikerlər verilib

Xatırladaq ki, noyabrın 1-dən etibarən COP29 zolaqlarından yalnız xüsusi xidmət və tədbir avtomobilləri, ictimai nəqliyyat vasitələri istifadə edir. Bunun üçün xüsusi xidmət və tədbir avtomobillərinə müəyyən stikerlər və nəqliyyatın buraxılış və parklanma icazəsi vərəqələri verilib.

Metro necə işləyəcək?

Bakı metrosunun stansiyaları 11-13 noyabr tarixlərində səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq. Həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, metroda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gündə Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

“Həzi Aslanov-28 May” sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək. Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib. “Bakmil” stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək. COP29-un keçiriləcəyi digər günlərdə metroda qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək. 6-22 noyabr tarixlərində COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsiz olacaq.

Dəmir yolu reysləri dəyişdirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları, 1 noyabr tarixindən etibarən gücləndirilmiş iş rejiminə keçib. 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilib. Belə ki, Bakıdan saat 08:10, 17:50 və 19:05, Sumqayıtdan saat 07:20, Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilməklə qeyd olunan tarixlərdə (17 noyabr həftəsonu istisna olmaqla) qatarlar iş günü qrafiki əsasında hərəkət edəcək. Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır. 9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.

Şəhər daxilində hərəkət dəyişdiriləcək

Şəhər daxilində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək. Mərkəzdən Hava Limanı istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Nizami küçəsindən istifadə etməklə Yusif Səfərov küçəsi, İzzət Orucov küçəsi, Fəzail Bayramov küçəsindən keçməklə sola doğru hərəkət edərək 8 Noyabr prospektinə çıxıb oradan Zığ yolu ilə Hava Limanı istiqamətində gedə biləcəklər. Heydər Əliyev prospektindən əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət edənlər “Koroğlu” metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov küçəsi, Yavər Əliyev küçəsi və oradan da sola doğru Asif Əsədullayev küçəsindən keçməklə “Komsomol” körpüsünün altından Sabunçu-Zabrat yoluna çıxa biləcəklər. Koroğlu Rəhimov və ya Xətai Dəmirçizadə küçəsindən mərkəz istiqamətində hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçəsindən istifadə etməklə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının arxası ilə hərəkət edib Dilarə Əliyeva küçəsinə, oradan da Rəşid Behbudov küçəsinə çıxa biləcəklər. Bilgəh kardioloji sanatoriyası tərəfdən, həmçinin Maştağa qəsəbəsi “Albalılıq” kimi tanınan ərazidən Hava Limanı istiqamətində gəlmək istəyənlər Mərdəkandan keçərək Şüvəlan istiqamətindən Qala dairəsinə, oradan da Zığ şosesinə çıxmaqla hərəkət edə biləcəklər. Hava Limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 noyabr prospektinə keçməklə Afyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və Mehdi Mehdizadə küçəsi ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə istiqamətlənən sürücülər Balaxanı yolu ilə Binəqədi ərazisini keçməklə şimal istiqamətinə və mərkəzə gedə biləcəklər.

COP 29 günlərində Bakının Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq. Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Hava limanından daşımalar necə olacaq?

Tədbirin ilk üç günündə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından şəhərin mərkəzinə şəxsi nəqliyyat vasitəsi ilə gəlmək mümkün olmayacaq. Xaricdən Bakıya gələn yerli və əcnəbi vətəndaşlar aeroportda fəaliyyət göstərəcək H1 və H2 nömrəli avtobuslardan istifadə etməli olacaqlar. H1 xətti üzrə marşrut 10 dəqiqəlik intervalla hava limanı - “28 ?ay” ərazisini, H2 xətti üzrə marşrut isə 15 dəqiqəlik intervalla hava limanı - “Əhmədli” metrosu stansiyasını əhatə edəcək. Lakin nəqliyyat vasitələri aeroportun ərazisinə daxil ola, insanları düşürə biləcəklər. 10-14 noyabr tarixlərində yalnız aviabileti olan sərnişinlər Terminal 1 və Terminal 2-yə daxil ola biləcəklər.

Tədbir iştirakçılarını gedəcəkləri ünvana çatdırmaq üçün 16 nəqliyyat qovşağı fəaliyət göstərəcək. Qovşaqlar hotellərin və iştirakçıların yerləşdirildiyi yaşayış komplekslərin olduğu sahələrdə yaradılacaq.

COP29 zolaqları...

Qeyd edək ki, COP29-la əlaqədar paytaxt yollarında xüsusi hərəkət zolaqları təşkil edilib. 1 noyabr tarixindən 26 küçə və prospektdə - Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağan olunub. COP29 zolaqlarından yalnız xüsusi xidmət və tədbir avtomobilləri, qırmızı elektriklə işləyən taksilər və ictimai nəqliyyat vasitələri istifadə edə bilər. Bunun üçün xüsusi xidmət və tədbir avtomobillərinə müəyyən stikerlər, nəqliyyatın buraxılış və parklanma icazəsi vərəqələri verilib. Bununla yanaşı təcili tibbi yardım avtomobilləri də COP 29 zolaqlarından istifadə edə biləcəklər.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see209

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see198

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see168

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see163

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see155

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see140

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see135

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see134

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see127

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see127

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see124

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see123

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see123

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see123

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see120

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see120

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri