Icma.az
close
up
RU
Məktəblərə yönələn hər hücum gələcəyə atılmış bir güllədir

Məktəblərə yönələn hər hücum gələcəyə atılmış bir güllədir

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir məktəbin qapısına yönələn təhdid yalnız bir binaya deyil, gələcəyə, məsumluğa, ictimai sabitliyə və millətin sabahına yönəlmiş açıq bir hücumdur.
Uşaqların təhsil aldığı məkanlara qarşı hər cür zorakılıq cəhdi qorxu mühiti yaratmağa yönəlmiş alçaq bir əməldir.
Bunun adı sadə bir asayiş məsələsi deyil. Bunun adı vicdansızlıqdır, insanlıq düşmənliyidir, cəmiyyətə gözdağı verməkdir.
Bu gün artıq çox açıq bir həqiqəti yüksək səslə deməliyik: Məktəblərin təhlükəsizliyi yalnız təhsil məsələsi deyil, milli təhlükəsizlik məsələsidir.
Çünki məktəb övladlarımızın əmanət edildiyi yerdir. Ana-atanın duası, müəllimin zəhməti, dövlətin ümidi oradadır.
Bir məktəbin qarşısında baş verən ən kiçik təhdid belə bütün cəmiyyətin ürəyinə toxunur. Çünki mövzu uşaqlardırsa, heç bir acı kiçildilə bilməz.
Son illərdə xüsusilə Amerika Birləşmiş Ştatlarında məktəb hücumları ilə bağlı çoxsayda acı mənzərə gördük.
Televiziya ekranlarına yansıyan görüntülər, siniflərdən yüksələn qışqırıqlar, məktəb həyətlərindəki panika, ailələrin fəryadı hələ də yaddaşlardadır.
Orada baş verən faciələr yalnız bir ölkənin daxili məsələsi kimi qəbul edilməməlidir. Bunlar dünyaya verilmiş sərt xəbərdarlıqlardır.
İndi hamımızın birlikdə verməli olduğu sual budur: Eyni vəhşət anlayışının Türkiyədə kök salmasına göz yumacağıqmı, yoxsa elə ən başından tədbirləri yüksək səviyyəyə qaldıracağıqmı?
Türkiyə uşaqlarını qorumaq məcburiyyətindədir. Həm də sözlə deyil, real tədbirlərlə. Bu baxımdan məktəblərin qarşısında polis qüvvələrinin və ehtiyac olan bölgələrdə jandarmanın daha diqqətli və görünən şəkildə xidmət aparması artıq seçim deyil, zərurətdir.
Xüsusilə giriş-çıxış saatlarında təhlükəsizlik tədbirləri artırılmalı, riskli bölgələrdə növbətçilik sistemi gücləndirilməlidir. Məktəb ətrafı kameralarla, yoxlamalarla, şübhəli şəxslərin izlənməsi və operativ müdaxilə sistemləri ilə təmin olunmalıdır.
Bəzən ən böyük qoruma caydırıcılıqdır. Pis niyyətli bir şəxs dövlətin qətiyyətli duruşunu məktəb qapısında hiss etməlidir.
Ancaq təkcə təhlükəsizlik qüvvələrinin mövcudluğu kifayət etmir. Bu məsələ ümumxalq şüuru məsələsidir. Hər kəs öz məktəbinə, öz övladına, öz məhəlləsinə, öz küçəsinə sahib çıxmalıdır. “Mənə toxunmayan ilan min il yaşasın” düşüncəsinin burada yeri yoxdur. Hansı uşağın başına gəlirsə gəlsin, o acı hamımızın canını yandırar.
O övlad bizim övladımızdır. Çünki uşaqların qorxduğu bir cəmiyyətdə heç kim gerçəkdən güvəndə deyil.
Məhəllə mədəniyyəti yenidən dirçəldilməlidir. Şübhəli hal görən valideyn susmamalıdır.
Müəllim, psixoloji xidmət (rehberlik) bölməsi, məktəb rəhbərliyi, bələdiyyə nümayəndəsi (muxtar), polis, ailələr və çevrə esnafı birlikdə ortaq təhlükəsizlik şəbəkəsi yaratmalıdır. Naməlum bir avtomobil günlərlə məktəb qarşısında dayanırsa, bu önəmlidir.
Məktəb ətrafında narahatlıq yaradan şəxslər görünürsə, bu önəmlidir. Sosial mediada edilən təhdid dolu paylaşımlar önəmlidir. Uşaqların davranışlarında qəfil dəyişikliklər önəmlidir.
n kiçik detal belə önəmlidir. Çünki bəzən böyük faciələr vaxtında ciddi qəbul edilməyən kiçik işarətlərdən sonra baş verir.
Bu məsələdə dövlətin yanında durmaq siyasətdən üstün bir məsuliyyətdir. Dövlət güclü olmalıdır ki, millət rahat yaşasın. Təhlükəsizlik güclü olmalıdır ki, ana rahat yatsın.
Məktəb təhlükəsiz olmalıdır ki, uşaq sabaha ümidlə addımlasın. Burada heç kimin ideoloji hesab aparmaq, məsələni yumşaltmaq və ya səhlənkarlığı normallaşdırmaq lüksü yoxdur.
Söhbət uşaqlardan gedirsə, hamının ortaq dili tədbir, ortaq vicdanı mərhəmət, ortaq mövqeyi isə qətiyyət olmalıdır.
Unudulmamalıdır ki, məktəb yalnız dərs keçirilən yer deyil, bir millətin xarakterinin inşa edildiyi məkandır.
Siniflərdə yalnız riyaziyyat, tarix, təbiət elmləri öyrədilmir, orada ümid böyüyür, əxlaq formalaşır, gələcək qurulur.
Məktəbə uzanan çirkli əl buna görə yalnız bu günü deyil, sabahı da hədəf alır. Bu səbəbdən məktəbə hücum millətə hücumdur. Uşağa yönələn təhdid insanlığa yönələn təhdiddir.
Bizim mədəniyyətimiz uşaq üzərinə titrəyən bir mədəniyyətdir. Bizdə uşağın göz yaşı dünyanın ən ağır yüküdür.
Heç bir ananın qəlbinə qorxu düşməsin, heç bir atanın əli çarəsizliklə titrəməsin, heç bir uşaq məktəb yolunda narahatlıqla yerimək məcburiyyətində qalmasın deyə hamımız daha diqqətli, daha həssas və daha qətiyyətli olmalıyıq.
Bu gün sussaq, sabah çox gec ola bilər. Bu gün tədbir görməsək, sabah peşmanlıq fayda verməz.
Ona görə çağırışımız aydındır: Məktəblərin önü nəzarətsiz qalmamalı, təhlükəsizlik boşluğu yaranmamalı, polis və jandarma lazım olan yerlərdə aktiv və görünən şəkildə xidmət aparmalıdır.
Ailələr diqqətli olmalı, müəllimlər həssas olmalı, məhəllə sahib çıxmalı, dövlət qətiyyətli mövqe sərgiləməlidir.
Çünki uşaqlar bu ölkənin əmanəti, məktəblər isə o əmanətin yuvasıdır.
Allah övladlarımızı, müəllimlərimizi və bütün millətimizi hər cür bəladan qorusun. Hansı uşaq olursa olsun, onun canı bizim canımızdır. Və unutmayaq: Bir uşağın təhlükəsizliyi bir millətin namusudur.

Serkan Torun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Aprel 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri