Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məktəblərin birləşdirilməsi getdikcə daha qaçılmaz olacaq

Məktəblərin birləşdirilməsi getdikcə daha qaçılmaz olacaq

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması



Şagird sayının azlığı məktəbdən, təhsildən yayınmadan daha çox son illərdə ailələrdə uşaq sayının azlığı ilə bağlıdır


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı fərman, mübaliğəsiz demək olar ki, hamının ürəyincədir, sevindirici haldır. Fərmana əsasən, Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs (bundan sonra – Klinika) yaradılır. Müəyyən edilib ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir. Klinikanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının Prezidentinə klinikanın yenidən təşkili və ləğv edilməsi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə bu Fərmanda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli, Nazirlər Kabinetinə isə bu Fərmandan irəli gələn məsələləri həll etmək həvalə edilir. Maliyyə Nazirliyi isə Klinikanın 2025-ci ildə saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq Qarabağ Universitetinə 5 milyon manat ayıracaq. Klinika mərhələlərlə tam özünümaliyyələşdirmə səviyyəsinə çatanadək növbəti illərin dövlət büdcəsinin layihələrində Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitlərdə Klinikanın saxlanılması xərcləri üçün zəruri maliyyə vəsaitinin nəzərdə tutulmasını təmin edəcək. Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə də Qarabağ Universitetində tibb fakültəsinin fəaliyyət göstərəcəyini bildirib. Nazir qeyd edib ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı Qarabağda təhsil sahəsində həyata keçirilən layihələr davamlı xarakter alır. Belə uğurlu layihələrdən biri də Xankəndidəki Qarabağ Universitetində tibb fakültəsinin fəaliyyətə başlayacağıdır. Fakültənin Xankəndidəki dövlət xəstəxanasının bazasında qurulması nəzərdə tutulur. 2025-2026-cı tədris ilində Qarabağ Universitetində təxminən 1500 tələbə təhsil alacaq. Gələcəkdə Qarabağ Universitetində fakültələrin sayı təxminən 10-12 olacaq, təhsilin 3 səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə təhsil alan tələbə və tədqiqatçıların sayı isə 10 minə çatdırılacaq: “Biz düşünürük ki, sentyabr ayında artıq Qarabağ Universitetinin klinikası və tibb fakültəsi istifadəyə veriləcək”. Qeyd edilir ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub. Nazir brifinqdə təhsilimizin hazırkı durumu, yeniliklər, qarşıda duran vəzifələr, icrası gözlənilən layihələrdən danışıb. Nazir qeyd edib ki, 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika, 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə müəllimləri sertifikatlaşdırma prosesinə cəlb ediləcək. 2026-cı ilin sonunadək bütün fənlər üzrə əlavə 40 min nəfər müəllim sertifikatlaşdırılacaq. Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda sertifikatlaşdırma balı nəzərə alınan əsas şərtlərdən biri olacaq. Həmçinin ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda sertifikatlaşdırma balı və direktorun rəyi nəzərə alınacaq. Ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində layihənin icrasına başlanılıb. Bu məqsədlə “Rəqəmsal məktəb” platforması yaradılıb. Platforma Bakı şəhərində 324 məktəbdə tətbiq olunur. 500 mindən çox şagirdi, 30 mindən çox işçi heyəti əhatə edir. Yeni platforma sayəsində tədris prosesində və idarəetmədə kağız daşıyıcılardan istifadə minimuma endiriləcək. “Rəqəmsal məktəb” platformasında şagird, valideyn, müəllim və direktor üçün bölmələr var. Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola, valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər. Müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər. Yeniliklərdən biri də budur ki, növbəti tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində “Şagird davranış qaydaları”nın tətbiqi nəzərdə tutulur. Qaydalarda şagirdlərin fiziki təhlükəsizliyi, psixoloji sağlamlığı, onlara qarşı ayrı-seçkilik, həmçinin verbal, sosial-psixoloji və kiberqısnamanın (bullinq) qarşısının alınması kimi bir çox zəruri məsələlər ehtiva olunub. Müasir metodiki xidmət modelinə uyğun olaraq, metodistlər 3 səviyyə üzrə fəaliyyət göstərəcək. Məktəb səviyyəli metodistlər metodist, region səviyyəli metodistlər aparıcı metodist, ölkə səviyyəli metodistlər baş metodist sayılacaq. Əsas hədəflər məktəb daxilində təhsilverənlərin davamlı peşəkar inkişaf mexanizminin qurulması, təhsilverənlər üçün peşəkar inkişaf xəttinin yaradılması və ölkədə metodik dəstəklə bağlı institusional sistemin qurulmasıdır. E.Əmrullayev bildirib ki, 2026-cı ilin sonunadək ölkədə 1000 məktəbdə metodiki fəaliyyətin təşkili və hər bir regionda metodik dəstək qruplarının formalaşdırılması nəzərdə tutulur. 2025-ci ildə 130-dək dövlət ümumi təhsil müəssisəsi ilə bağlı rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Rasionallaşdırma üçün əsas meyarlar əhalinin artım dinamikası, infrastruktur, coğrafi əlverişlilik, ən yaxın məktəbə qədər məsafə, siniflərin komplektləşdirilməsi, şagird və müəllim sayıdır.  Məktəbəqədər təhsildə dövlət-özəl əməkdaşlığı 24 müəssisə üzrə 1 000-ə qədər uşağı əhatə edir. Bu müəssisələrdə təhsil haqqının bir hissəsi dövlət tərəfindən qarşılanır. 


Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təhsil müəssisələrinin rasionallaşdırılması hazırda qarşıda duran vəzifələrdən biridir: 

seeBaxış sayı:319
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri