Məktəblərlə bağlı YENİ BƏYANAT Əsas tələb açıqlandı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə vahid geyim qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.
Bu barədə "Yeni Sabah"a Assosiasiyanın bəyanatında bildirilib.
AGMA qeyd edib ki, məktəblərdə geyim qaydaları nizam-intizamın qorunmasına, vahid yanaşmanın təmin edilməsinə və şagirdlər üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir. Marqarita pizza
Bəyanatda vurğulanıb ki, qaydaların düzgün tətbiqi məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər arasında qarşılıqlı əməkdaşlıq tələb edir. Qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət və açıq dialoq əsasında müzakirə olunmalıdır.
Assosiasiya məktəb rəhbərləri və müəllimləri geyim qaydalarını izah edərkən peşəkar və həssas yanaşma nümayiş etdirməyə, şagirdlərin hüquq və ləyaqətini qorumağa çağırıb. Valideynlərə isə narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmək və məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaq tövsiyə olunub.
AGMA müəllimlərin davranışı və xarici görünüşünün də məktəbdə formalaşan ümumi mühitin bir hissəsi olduğunu bildirib. Qeyd edilib ki, müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə şagirdlərə nümunə olmalıdır.
Assosiasiya bir daha bəyan edib ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.
Baxış sayı:70
Bu xəbər 15 Oktyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















