Icma.az
close
up
RU
Məktəbli çantasına bu qidalar qoyulmamalıdır

Məktəbli çantasına bu qidalar qoyulmamalıdır

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Valideynlərin ən çox düşündüyü məsələlərdən biri də övladlarının düzgün qidalanmasıdır. Uşaqlar dərs vaxtı ac qalmasın deyə onlara evdən yemək hazırlanır. Amma yadda saxlamaq lazımdır ki, düzgün seçilməyən və uzun müddət çantada qalan qida həm tez xarab olur, həm də sağlamlıq üçün risk yaradır.

Qida üzrə mütəxəssis Məhsəti Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, isti havalarda valideynlər uşaqların çantasına yüksək risk qrupuna aid məhsullar – toyuq, ət və süd qoymamalıdırlar.

Onun sözlərinə görə, 25 yaşa qədər inkişafda olan orqanizm gündəlik olaraq 70-ə yaxın makro və mikroelement qəbul etməlidir:

“İnkişaf məktəb illərində daha da sürətlənir. Uşaqlar səhər yeməyi qəbul etməlidirlər, lakin dərslərin tez başlaması səbəbindən bir çox şagird iştahsız olur. Orqanizm özünü topladıqdan sonra qida qəbul edilməlidir. Təəssüf ki, uşaqlar bu vaxt paketlənmiş qidalar və qazlı içkilərə üstünlük verirlər ki, bu da sağlamlıq üçün təhlükəlidir. Daha düzgün seçim evdən gətirilən sadə sendviçlərdir, məsələn, pendirli və ya cəmlə hazırlanmış çörəkarası”.

Mütəxəssis əlavə edib ki, məktəblinin yanında sadə su, badam və qoz kimi çərəzlərin olması faydalıdır:

“Bunlar yaddaşı gücləndirir, aktivliyi artırır. Şagirdlər gündə azı bir ovuc çərəz və iki mövsümi meyvə yeməlidirlər. Rəngli qazlı içkilərdən isə tamamilə uzaq durmaq vacibdir”.

Hüseynovanın sözlərinə görə, valideynlər xüsusilə ibtidai sinif şagirdlərinin sağlam qidalanmasına nəzarət etməlidirlər. Məktəb üçün yeməklər polietilen paketlərdə deyil, şüşə və ya xüsusi qida qablarında daşınmalıdır:

“Polietilen paketlərin tərkibində olan bisfenol A maddəsi isti şəraitdə xərçəngə səbəb ola biləcək maddələr ifraz edir. Həmçinin rəf ömrü uzun olan məhsullar qida dəyərini itirir və əlavə qatqılarla zəngin olur ki, bu da uşaqlar üçün zərərlidir”.

Ekspert vurğulayıb ki, uşaqların idman dərslərində tez yorulması və ya yaşıdlarına nisbətən zəif fiziki aktivlik göstərməsi də düzgün qidalanmamanın nəticəsidir.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri