Icma.az
close
up
RU
Məktəbli formalarında dəyişiklik olacaq? Qiymətlər endirildi

Məktəbli formalarında dəyişiklik olacaq? Qiymətlər endirildi

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Yeni tədris ilinin başlamasına bir aydan az müddət qalıb. Valideynlər məktəb ləvazimatları ilə yanaşı, həm də övladları üçün məktəbli formaları da alırlar. Hazırda övladı məktəbə, xüsusən birinci sinfə edən valideynləri maraqlandıran bir sıra suallar var:

Bil məktəbli formalarında dəyişiklik nəzərdə tutulubmu? Qiymətlərdə ötən illə müqayisədə dəyişiklik varmı? Geyimlərin materialları standartları görə necə müəyyən olunub? Valideynlər standartlara cavab verən formaları haradan əldə edə bilərlər?

Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov Lent.az-a açıqlamasında bildirib ki, məktəbli formalarında dəyişiklik yalnız Nazirlər Kabinetinin qərarı ilə mümkündür:

“Bir çoxları düşünür ki, məktəbli formalarının satışı yalnız mövsümi xarakter daşıyır. Bizim satış mərkəzlərimizdə ilboyu formaların satışı həyata keçirilir.

Məktəbli formalarında dəyişikliklər yalnızca Nazirlər Kabinetinin qərarı ilə mümkündür. Qərar olmadan kim isə formalarda dəyişiklik etmək səlahiyyətinə malik deyil.

Nazirlər Kabinetinin qərarına görə, şalvar və ətəklər 60% yun, 40% polyester, köynəklər isə 100% pambıqdan hazırlanır.     Biz həmin materialları Belarusiya, Türkiyə və Özbəkistandan gətiririk. Bütün parçaların sertifikatları var, standartlara tam cavab verir. 26 ölçüdən 54 ölçüyə qədər şalvar və ətəklərin qiymətini 20 manatdan 15 manata endirmişik. Nəzərə alsaq ki, 54 ölçülü şalvarları böyük adamlar da geyinə bilər, yəni 15 manat şalvarın tikilmə pulu belə deyil. Jaketlər də çox ucuzdur. 30-50 ölçülü qalın jaketlər 30 manatdan 22 manata enib. Köynəklər 100% pambıq parçadan tikilir. Qısaqol köynəklər 12, uzunqollar isə 14 manatdır. Qızlar və oğlanlar üçün nazik jaketlər 20, kapüşonlular 25, qalınlar isə 22 manatdır”.

E.Əzimov qeyd edib ki, BTE-nin istehsalı olan mallara bir il zəmanət verilir:

“Valideynlərə tövsiyə edirəm ki, təsadüfi yerlərdən, mənşəyi bilinməyən, sertifikatı olmayan heç bir məktəbli formasını almasınlar. Onlar keyfiyyətsizdirlər, bir dəfə yuyulduqda əski parçasına dönürlər. Bununla yanaşı, keyfiyyətsiz geyimlər uşaqlarda allergiya, dəri xəstəlikləri törədə bilir. Ona görə də mütləq fabrik istehsalı olan məktəbli geyimləri almaq lazımdır. Bizim satış mərkəzlərimizdən alınan mallara bir il zəmanət veririk”.

Şöbə müdiri qeyd edib ki, 54 ölçüdən böyük şalvar, ətək və polo köynəklər üçün qiymətə 5 manat əlavə olunur:

“26-54 ölçüdən böyük, yəni 56, 58 və 60 ölçülü şalvar, ətək və polo köynəklərə artıq parça sərfiyyatı səbəbindən standart qiymətə 5 manat əlavə olunur”.

E.Əzimov BTE-nin satış mağazaları barədə də məlumat verib:

1. "MƏKTƏBLİ DÜNYASI ƏSAS MAĞAZA N№1 Nəsimi rayonu, Mərdanov Qardaşlan, 113 (Rusiya səfirliyi. Qarşısı) Tel: 012 597 45 39

2. «ВТЕ МƏKTƏBLİ DÜNYASI» Filial N№ 2, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 169 (Kristal Şadlıq evi yanı) Tel: 012 425 06 85/051 682 27 09/051 362 49 69/427 16 23 ƏSAS

3. «ВТЕ МӨКТƏBLİ DÜNYASI» Filial N№ 3, Nərimanov rayonu, 11-ci Volodarski küç./ULDUZ metro.2-ci çıxışı, Tel: 050 444 92 19

4. "BTE MƏKTƏBLİ DÜNYASI Filial N№ 4, Metro Əhmədli, Sarayevo küç 22, Bakı kinoteatr.yanı, tel: 050 362 32 22 Tərlan

5. «BTE MƏKTƏBLİ DÜNYASI» Filial № 5, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küşəsi 92, Yesenin parkının qarşısı, Beynəlxalq bankın yanı. Tel:070 310 90 80 Vüqar

6. «ВТЕ МƏKTƏBLİ DÜNYASI» Filial № 6, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 55, Qələbə k/t dairəsi Tel: 055 685 49 99 YAŞAR

7. «BTE MƏKTƏBLİ DÜNYASI» Filial № 7, "KARAT uşaq geyimləri, Sabunçu rayonu, Maştağa, Seyid İbad Ağa küçəsi 131, Tel: 055 915 30 00

5. «ВТЕ МӘКТƏBLİ DÜNYASI» Filial № 8, Nərimanov rayonu, Ağanemətulla küçəsi 63E,/saatlı binanın yanı/ Tel: 012 567 09 47/050 266 67 41/ Aqil: 050 49873 73.

Bazar günləri əsas mağazadan başqa bütün filiallarımız işləyirlər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, məktəblərdə müvafiq geyim formaları tətbiq olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Avqust 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri