Məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirən şagird saxlanıldı Yeniləndi
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda məktəbdə şagird yoldaşını bıçaqlayan yeniyetmə saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
***
15:45
Dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı ilə saat 12:10 radələrində X sinif şagirdi digər şagirdə qəflətən kəsici alətlə xəsarət yetirib. Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.
Teleqraf.com xəbər verir ki, məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.
Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 04 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















