Məktəblilər göyərçinə görə bıçaqlanıbmış... TƏFƏRRÜAT
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəmkir rayonunda məktəblinin bıçaqlanmasının təfərrüatı məlum olub.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Kür qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini 2011-ci il təvəllüdlü Sultan Məmmədlinin həyətində saxladığı göyərçin uçub digər qəsəbə sakini, 2009-cu il təvəllüdlü Həsən Abuzərlinin həyətinə düşüb. S.Məmmədli axşam saatlarında H.Abuzərlinin yaşadığı evə gələrək, göyərçinin onların həyətinə düşdüyünü deyib və ondan həmin göyərçini verməsini xahiş edib. H.Abuzərli isə göyərçini qaytarmayıb və nəticədə aralarında dava başlayıb. Hadisə zamanı səsə H.Abuzərlinin qardaşı Orxan da gəlib və o da davaya müdaxilə edib.
Hadisə nəticəsində S.Məmmədli bıçaq xəsarəti, digər iki qardaş isə bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər üç məktəbliyə ilkin tibbi yardım göstəriləndən sonra onlar evə buraxılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Baxış sayı:95
Bu xəbər 09 Fevral 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















