Icma.az
close
up
RU
Məktəblilər üçün Balaxanıda maarifləndirmə tədbiri təşkil edilib

Məktəblilər üçün Balaxanıda maarifləndirmə tədbiri təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 aprel, AZƏRTAC

Beynəlxalq Yer Günü münasibətilə EkoSfera Ekoloji-Sosial Mərkəzinin Balaxanıdakı Ekomərkəzi və Botanika bağında Bakı Abadlıq Xidmətinin tərəfdaşlığı və dəstəyi, “Oxbridge School”un məktəblilərinin iştirakı ilə ağacəkmə aksiyası və maarifləndirici tədbir keçirilib.

EkoSfera Ekoloji-Sosial Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Yer Gününün builki mövzusu olan “Bizim enerjimiz, bizim planetimiz” çağırışına uyğun olaraq, tədbirin məhz bu ərazidə keçirilməsi keçmişin enerji irsini gələcəyin təmiz və bərpaolunan enerjisi ilə birləşdirmək baxımından rəmzi məna daşıyıb. Tarixən Balaxanı ərazisi Azərbaycanın enerji sənayesinin beşiyi hesab olunub – burada neft hasilatı və emalı ölkənin iqtisadi inkişafında mühüm rol oynayıb. Bu gün isə Balaxanı yaşıl enerji keçidinin və ekoloji transformasiyanın simvoluna çevrilməkdədir.

Tədbir çərçivəsində məktəblilər üçün Balaxanı ərazisində yerləşən sənaye parkına və təkrar emal müəssisələrinə ekoloji ekskursiya təşkil olunub. Eyni zamanda, şagirdlər üçün yaşıl enerji, tullantıların təkrar istifadəsi və enerjiyə çevrilməsi, eləcə də ətraf mühitin qorunması mövzusunda interaktiv sessiyaların keçirilib.

Tədbirin əsas məqsədlərindən biri məktəblilər arasında ekoloji düşüncə tərzinin formalaşdırılması, dayanıqlı həyat prinsiplərinin aşılanması və yaşıl texnologiyalara marağın artırılması olub. Balaxanının sənaye zonasında həyata keçirilmiş ağacəkmə aksiyası isə yalnız ekoloji mühitin yaxşılaşdırılmasına deyil, eyni zamanda, iştirakçılarda təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunmasına dair praktiki anlayışların dərinləşməsinə xidmət edib.

Qeyd edək ki, Beynəlxalq Yer Gününün builki qlobal şüarı – “Our power, our planet” (Bizim enerjimiz, bizim planetimiz) – bütün dünyanı bərpaolunan enerji ətrafında birləşməyə və 2030-cu ilə qədər təmiz enerji istehsalını üçqat artırmağa çağırır. Bu çağırış çərçivəsində təşkil olunan tədbirdə uşaqlara alternativ enerji mənbələrinin əhəmiyyəti, enerjiyə qənaət və planetin enerji vasitəsilə qorunması kimi mövzular xüsusi diqqətə çatdırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:492
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri