Icma.az
close
up
RU
Məktəblilər Ümummilli Liderin irsini və Naxçıvanın mədəniyyətini öyrənirlər

Məktəblilər Ümummilli Liderin irsini və Naxçıvanın mədəniyyətini öyrənirlər

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

“Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri çərçivəsində “Naxçıvan - diyarım mənim” adlı konsert proqramı keçirilib. Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən bildirilib. Suraxanı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatları Əziz Ələkbərli, Vüqar Rəhimzadə, Qaya Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və XI sinif şagirdləri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət edib və Naxçıvanın zəngin tarixinə, mədəniyyətinə və memarlıq abidələrinə həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də Naxçıvandan bəhs edən videoçarx nümayiş olunub.

Qonaqlar çıxışlarında Azərbaycan dövlətinin memarı Heydər Əliyevin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət, dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlar addımlar barədə danışıblar. Həmçinin sözügedən dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıblar.

Tədbirdə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən Naxçıvana həsr olunmuş mahnı və rəqslər nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri