Məktəblilərə sevişən keçmiş müəllim şəhər meri olmaq istəyir
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Məktəblilərlə cinsi əlaqədə olmaqda ittiham olunan keçmiş müəllimin şəhər meri olmağa hazırlaşır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, şəhər şurası bu yay onun rəhbərlik vəzifəsinə namizədliyini nəzərdən keçirməli idi. Lakin iyun ayında yerli qəzet xatırladıb ki, Uotsonun 2010-cu ildə yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə ittiham olunub.
İddia edilir ki, 2007-ci ildə o və başqa bir müəllim bir neçə ay ərzində üç 17 yaşlı şagirdlə cinsi əlaqədə olublar. Məhkum edildikdən sonra o, bir il həbs cəzası çəkib.
2019-cu ildə Uotson şəhər administrasiyasında işə düzəlib. Lakin məlumata görə, bir çox sakin onun cinayət qeydləri barədə yalnız mətbuatda dərc edildikdən sonra məlumat əldə edib, baxmayaraq ki, şəhər meriyasının əməkdaşları onun keçmişindən xəbərdar olublar.
Daha sonra məlum olub ki, müstəntiqlərin fikrincə, Uotson cinsi cinayətlərdə məhkum edilmiş şəxslərin qeydiyyat qaydalarını pozub. O, düşərgədə olarkən müvəqqəti yaşayış yerinin dəyişdirilməsi barədə polisə məlumat verməyib.
İctimai etirazlardan sonra o, əvvəlcə işdən kənarlaşdırılıb, sonra isə həbs edilib. Məlumata görə, onu beş ilə qədər həbs cəzası gözləyir.
Baxış sayı:197
Bu xəbər 27 İyul 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















