Icma.az
close
up
RU
Məktəblilərin “iş dəftəri” problemi FOTO

Məktəblilərin “iş dəftəri” problemi FOTO

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu tədris ilində Azərbaycanda ibtidai sinif şagirdləri üçün yaranmış problemlərdən biri də “iş dəftər”ləri ilə bağlıdır.

BAKU.WS xəbər verir ki, ilk növbədə qeyd edək ki, bu il digər illərdən fərqli olaraq “iş dəftər”lərini valideynlər pul ilə almalıdır. Yeniliklərdən biri də budur ki, həmin vəsaitlər ancaq poçt məntəqələrində satılır.

BAKU.WS-in “qaynar xətt”inə edilən çoxsaylı şikayətlərdə bildirilir ki, ibtidai siniflər üçün hazırlanan həmin vəsaitləri tapmaq müşkülə çevrilib. Belə ki, paytaxtın bəzi kənd və qəsəbələrində poçt məntəqələri fəaliyyət göstərmir. Mövcud poçtlarda da “iş dəftər”lərini tapmaq mümkün deyil.

Poçt məntəqələrindən BAKU.WS-ə bildirilib ki, yetərincə vəsait verilmədiyinə görə artıq “iş dəftər”ləri bitib. İndi dəftərlərin yeni partiyasının gətirilməsi gözlənilir. Lakin həmin vəsaitlərin nə zaman gətiriləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən, orta məktəblərdə şagirdlər tərəfindən istifadə olunan bütün dərs vəsaitləri dövlət tərəfindən pulsuz olaraq verilir.

Həmin dərs vəsaitində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var.

Ekspertlər də yeni qərarın absurd olduğunu bildirirlər. Təhsil üzrə ekspert Kamran Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, dünya təcrübəsində də iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil.

“Çünki bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur. Ümumilikdə isə hesab edirəm ki, iş dəftərlərinin məcburi tələb olunması sadəcə olaraq kimlərinsə şəxsi maraqlarına xidmət edir. 2010-cu ilə qədər iş dəftərlərinin istifadəsi bu qədər geniş hal almamışdı.

Həmin zamanla müqayisə etsək, şagirdlərin bilik və bacarıqlarında elə bir fərqin olmadığını görərik”, - deyə ekspert bildirib.

K.Əsədov deyir ki, məktəblilər üçün nəzərdə tutulan “iş dəftərləri”nin qiyməti olduqca bahadır.

“Düşünürəm ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır. Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır.

Ekspert hesab edir ki, iş dəftərlərindən birdəfəlik imtina etmək lazımdır:

"Çünki bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. Adicə olaraq kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazimatlar isə uşaqları bu bacarıqlardan məhrum edir".K.Əsədov dərs vəsaitlərinin qiymətləri haqqında da danışıb:

"Təhsil Xidmətləri araşdırma mərkəzi olaraq paytaxt Bakıda kitab, məktəb ləvazimatları satışı həyata keçirilən yerlərdə apardığımız monitorinqlər zamanı ortaya çıxan qiymətlər keçən illərlə müqayisədə artıb".

Qeyd edək ki, hazırda ibtidai sinif şagirdləri üçün tələb olunan bəzi iş dəftərləri və testlərin qiymətləri belədir:

4-cü sinif üçün Azərbaycan dili və riyaziyyatdan iş dəftəri: 5,50 AZN

2-ci sinif üçün yarpaq test: 3,50 AZN

1-ci sinif üçün sinifdən xaric oxu: 3,50 AZN

4-cü sinif üçün qiymətləndirmə: 4 AZN

4-cü sinif testləri: 2,80 AZN

Ekspert deyir ki, iş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə deyil, həmçinin uşaqların gündəlik vəsaitləri daşımasına da ağırlıq edir.

“Qeyd etdiyim kimi gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib-gələn zaman bu ağırlığı qaldırmaq məcburiyyətində olurlar. Müşahidələrimiz əsnasında onu deyə bilərik ki, çox ağır olduğu üçün əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur”.

Məsələ ilə bağlı Təhsil Texnologiyaları Mərkəzi tərəfindən açıqlama verilib. Ətraflı "Məktəblərlə bağlı önəmli AÇIQLAMA" adlı yazıda ətraflı məlumat verilib.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:468
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Mart 2026 04:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri