Icma.az
close
up
RU
Məlahət İbrahimqızı: “Qarabağ və Şərqi Zəngəzur qısa zamanda cənnətməkan diyara çevriləcək” Yeni Gündəm

Məlahət İbrahimqızı: “Qarabağ və Şərqi Zəngəzur qısa zamanda cənnətməkan diyara çevriləcək” Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri quruculuq-bərpa işləri ilə yerində tanış olmaqla yanaşı, yeni təməllərin qoyulması, infrastruktur və sosial obyektlərin açılışı ilə müşahidə olunur. Cənab Prezidentin Novruz Bayramı ərəfəsində Ağdərə rayonuna səfəri də yadda qalan oldu. Martın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirakı tarixi hadisə kimi xalqımızın yaddaşına həkk olundu.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, II Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etdi: “44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlanılıb. Azərbaycan dövləti öz imkanlarına əsaslanaraq ərazilərin minalardan təmizlənməsi ilə paralel yeni yaşayış, məntəqələri, yollar, körpülər, infrastruktur, qaz, işıq, su təchizatı kimi vacıb təminatları həyata keçirir. Böyük Qayıdış konsepsiyasına əsaslanaraq həyata keçirilən dövlət proqramı 30 ilə yaxın Ermənistanın işğalında qalmış Qarabağ və Şərqi Zəngəzurun mənzərəsi tamamilə dəyişir”.

Deputat bildirib ki, işğal altında olmuş bölgələrimizdə olduğu kimi Ağdam da Ermənistanın işğalı nəticəsində dağıdılıb, viran qoyulmuşdu: “İşğaldan azad edildikdən sonra Ağdamın necə talan edildiyi və viran qoyulduğu açıq aşkar göründü. Ağdamın keçmişi ilə işğal dövründəki durumunu isə bu mənada müqayisə etmək çox çətindir. Bir zamanlar böyük bir mərkəzi xatırladan, daima qaynar həyatı olan, bütövlükdə Qafqazın, Qarabağın mərkəzi rolunda çıxış edən Ağdan Ermənistan tərəfindən işğal edildikdən sonra elə bir hala salınıb ki, buranı “Qafqazın Xirosiması” adlandırırlar. Artıq Ermənistanın işğalından azad edilən digər bölgələrimiz kimi Ağdam da böyük quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndinin yenidən qurulmasının birinci mərhələsində öz evlərinə qayıdan sakinlərlə görüşü də bu bölgəsinin qısa zamanda cənnətə çevriləcəyinin əyani təzahürüdür.

Ölkə başçısı qarşıdan gələn Ramazan bayramı və Sarıcalı kəndinin bərpası münasibətilə təbriklərini çatdırıb. Vurğulayıb ki, bu ikiqat bayramdır. Bayram ərəfəsində Sarıcalı kəndinin keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşünə toxunan dövlət başçısı Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşməyin böyük xoşbəxtlik olduğunu bildirib. Bununla da artıq 13-cü yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışı təmin edilib”.

Məlahət İbrahimqızı güclü Azərbaycan dövləti tərəfindən bütün keçmiş köçkünlər üçün gələcəkdə hər cür şərait yaradılacağını söyləyib: “Ağdam rayonun Kəngərli, Xıdırlı kəndlərinə də bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri böyük vüsətlə davam edir. Ağdam şəhəri sıfırdan qurulur. Həyata keçirilən uğurlu layihələr nəticəsində yaxın gələcəkdə Ağdam da öz tarixi görkəmini bərpa edəcəyinə tam əminik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 27-də Şuşada görülən işlərlə tanış olması, Şuşamızın öz tarixi qüdrətini bərpa etməsi naminə mühüm işlərin icrası olduqca önəmlidir. Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışı edilib, həmçinin Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar. Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib.

Məscid və bulaq Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılmış və talan edilmişdi. Təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Müalicə-Sağlamlıq Mərkəzi isə 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Sözsüz ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Yeni Şuşa Məscidinin də əsası 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulub. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, Zəfər Gününü simvolizə edəcək. Məhz bütün bunlar əminlik yaradır ki, Qarabağ və Şərqi Zəngəzur qısa zamanda ölkəmizin və regionun yeni simasına çevriləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 31 Mart 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri