Icma.az
close
up
RU
Mələkxislət xanımlar, fahişələr, cadugərlər və feministlərdən ibarət xarakter palitrası... Servantesin qadınları

Mələkxislət xanımlar, fahişələr, cadugərlər və feministlərdən ibarət xarakter palitrası... Servantesin qadınları

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

29 sentyabr görkəmli ispan yazıçı Migel de Servantesin doğum günüdür.

Kulis.az bu münasibətlə Qamze Haklı Gerayın “Servantesin dünyasında qadın obrazları, xəyallar, gerçəklər və ideallar” yazısını təqdim edir.

Migel de Servantesin əsərlərində qadın obrazı çoxşaxəli, incə bir üslubla təsvir olunur.
Madridin möhtəşəm meydanlarından "Plaza de Espanya"da müasir romanın atası hesab edilən yazıçının - ayaq üstə əlində kitab tutan Migel de Servantesin nəhəng heykəli ucalır.

Yanında Don Kixot və Sanço Pansanın heykəlləri yerləşir. Don Kixotun xəyal dünyasındakı iki qadın — kəndli Aldonza Lorenço və baş qəhrəmanın təsəvvüründə yaradılmış obraz Dulsineya del Toboso isə Servantesin heykəlinin qanadları altına sığınıblar.

Hər şəhərin ən azı bir məşhur yazıçısı ola bilər, amma Servantesin mövcudluğu İspaniyada təkcə bir şəhərdə deyil, bir çox kiçik şəhərlərdə də hiss olunur.

Madridə yaxın olan Alkala de Enaresdə doğulmasına baxmayaraq, fırtınalı həyatı onu ölkənin müxtəlif yerlərinə, dəniz səfərlərinə, müharibələrə, əsir düşmə təcrübələrinə qədər aparıb. Kastilya-La Manç bölgəsində, Serro Kalderiko dağının zirvəsində yerləşən Konsueqra şəhərindəki on iki ağ yel dəyirmanı insanın ağlına “Don Kixotun döyüşdüyü yel dəyirmanları bəlkə də bunlardır” fikrini gətirir.

Servantesin "Don Kixot"dan başqa əsərini heç tanımadığımın fərqinə vardım. Halbuki o, novellalar, oyunlar və uzun şeirlər də yazıb. Üstəlik, kişi qəhrəmanlardan başqa, idealizə edilmiş mələk kimi qadın qəhrəmanları, fantastik cadugərləri, fahişələri, yüksək gözəllikləri, feministləri əhatə edən bir xarakter palitrası yaradıb. Zəngini ilə kasıbı, yaxşısı ilə pisi, gözəli ilə çirkinini, qısaca, qadınlarını həyatın boz tonları ilə qarışdıraraq geniş bir spektrdə bizə səxavətlə təqdim edib.

Servantesin əsərlərində qadınlar önəmlidir.

Məsələn, Dulsineya qonşu kənddən olan Aldonza de Lorenço adlı cəsur bir kəndli qızdır, əslində.

Don Kixotun fantaziyalarının və dünyagörüşünün sirli mərkəzidir. Cəngavərin ağlında gözəl və mərhəmətlidir.

Dulsineya əslində kim olduğu üçün deyil, xarakterinin təmsil etdiyi mənalarla, Don Kixot haqqında bizə dedikləri ilə yadda qalır.

Bu, bəlkə də Sirano de Berjerakın Roksanı kimidir. Siranonun əlçatmaz sevgilisi, mükəmməl gözəlliklə zəkanın simvoluna çevrilmiş idealizə edilmiş qadındır.

Bəlkə də Petrarkanın şeirlərini həsr etdiyi ilham pərisi Lauradır. Dulsineya kimi Laura da şairin emosional yolundakı rolunun fərqində deyil. Petrarkanın sonetlərində şeiriyyəti istiqamətləndirir.

Don Kixotun görünməz ilham mənbəyi, adıyla başlanan qəhrəmanlıqlardan xəbərsiz, xarakterin ağlında daim təmizlik və mərhəmətlə yer tutur.

Migel de Servantesin əsərlərində qadın fiquru çoxşaxəli, incə üslubla təsvir olunur. O, qadınların həm cəmiyyətə təsirlərini vurğulayır, həm də dövrün patriarxal mədəniyyətinin məhdudiyyətlərinə məruz qaldıqlarını göstərir.

Servantes idealizə etməyi kinayəli bir tərzdə tənqid edir. "Don Kixot" kimi böyük əsəri ilə yanaşı, hekayə və novellalarında da güclü qadın xarakterləri yaratmışdır.

Qadın personajlar tipik sosial rollara sığdırılsalar da, iradələri və fərdilikləri ilə seçilirlər. Onlar sosial normaların təzyiqlərinə qarşı müqavimət göstərir, eyni zamanda fərdi azadlıqlarını müdafiə edirlər.

Jale Parla özünün "Don Kixot"dan bu günə roman" adlı tədqiqatında sözügedən romandan ilhamlanan çoxsaylı kitablar haqqında uzun-uzadı yazıb. Şlegellərə görə, Servantesin şahəsəri şeiriyyətlə monotonluğun, sənətlə həyat arasındakı ziddiyyətin ən güclü əksidir.

Servantesin “mimesis” (sənətin reallığı təqlid etməsi) anlayışı ilə əlaqəsi, xüsusilə "Don Kixot"da görünür. Yazıçı bu anlayışı ironik şəkildə qələmə alır. "Mimesis" - birbaşa reallığın əksi olmaqdan çox, ədəbi janrların və sosial normaların tənqidi üçün bir vasitəyə çevrilir.

Don Kixot nümunəsində baş qəhrəman, oxuduğu cəngavər romanlardan təsirlənərək öz reallığını yaratmağa çalışır, amma bu reallıq cəmiyyətin və birbaşa təcrübənin reallığı ilə ziddiyyət təşkil edir.

Servantes əsərində təqlidin sərhədlərini və reallığın subyektiv təbiətini sual altına alır. Bu tənqidi yanaşma ilə Servantes kitabın başlanğıcında boş vaxtı olan oxucuya müraciət edir və təbiətin qanuna qarşı çıxa bilmədiyini, hər şeyin oxşarını doğurduğunu qeyd edir.

Tədqiqatını zövqlə oxuduğum Rut El Saffar "Beyond Fiction: The Recovery of the Feminine in the Novels of Servantes" adlı əsərində Servantes romanlarındakı feminen elementləri ətraflı araşdırır.

Rene Jirardın üçbucaq arzu modelini istinad gətirərək insanların arzularının başqalarını təqlid etməklə yarandığını iddia edir.

Modeldə subyekt (arzu edən şəxs), arzu olunan obyekt və arzu olunan obyekti arzulayan başqa bir şəxs (vasitəçilik edən) arasında üçlü əlaqə mövcuddur.

Subyekt obyekti müstəqil şəkildə arzulaya bilmir, vasitəçi şəxsin həmin obyektə olan arzusundan təsirlənir. Bu vəziyyət subyektlə vasitəçi arasında rəqabət yaradır və adətən hər iki tərəfin eyni obyekti istəməsi səbəbindən qarşıdurmaya səbəb olur.

El Safar Yunqçu yanaşma ilə hekayələrin “əsas qəhrəmanın şüurundakı qeyri-sabitliyi ört-basdır edən şüuraltı səslər” olduğunu qeyd edir.

Servantesin əsərlərində bir çox qadın xarakter arzularla dolu üçlü münasibətlərin mərkəzindədir. Qadın xarakterlər yalnız passiv arzu obyektləri və ya şəraitin qurbanları deyillər. Onlar öz talelərini fəal şəkildə formalaşdıran mürəkkəb fərdlərdir.

Sevilyadan yarım saatlıq məsafədə yerləşən Karmonanın günəş işığı ilə yuyulan küçələrində gəzərkən Servantesin daxili səsi zehnimdə əks-səda verirdi.

Vaxtilə bu şəhərdə də yaşadığı üçün mənim kimi dayanıb ətrafındakı gözəlliyə heyran-heyran baxdığını təsəvvür etdim.

Keçmişlə indi arasında zehnim qarışdı və bu duyğu məni zaman tünelindən keçirib gerçəyə apardı.

Servantesin reallıq və illuziyalarla bağlı müşahidələri bu gün də bizə dəli ilə dahi arasındakı sərhədi xatırladır.

Tərcümə etdi: Sevinc Mürvətqızı

Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunub Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlandı Diplomlu işsizlər, varlı ustalar - Cəmiyyətin görünməyən təzyiqi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Sentyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri