Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xankəndi, 18 sentyabr, AZƏRTAC
Rəqəmsallaşma və süni intellekt dövründə insan resurslarının idarə edilməsi təkcə texnoloji yenilik deyil, həm də gələcəyin dövlət modelinin formalaşması məsələsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Xankəndi şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşündə deyib.
M.Abbaszadə bildirib ki, süni intellekt dövlət orqanlarına böyük həcmdə məlumatları qısa müddətdə emal etməyə, tendensiyaları müəyyənləşdirməyə, dövlət qurumlarında çalışanları rutin işlərdən azad etməyə və vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmağa imkan verir.
Onun sözlərinə görə, heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz. O, etik mühakiməni, ictimai marağın mahiyyətini, vətəndaşın vəziyyətinə həssas yanaşmanı və qəbul edilmiş qərarın insana izah edilməsini əvəz etmək iqtidarında deyil.
“Buna görə fəaliyyətimizin dəyişməz təməl prinsipi son dərəcə birmənalı olmalıdır: Süni intellekt insana kömək edir, lakin insan haqqında, xüsusilə də onun dövlət qulluğuna qəbulu və karyerası barədə yekun qərar dövlətin və insanın müstəsna məsuliyyətində qalır”, - deyə DİM sədri vurğulayıb.
M.Abbaszadə Azərbaycanda kadr proseslərinin rəqəmsallaşdırılması sahəsində görülən işlərdən də danışıb. Qeyd edib ki, dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri - vakansiyanın elanından və müraciətlərin qəbulundan tutmuş elektron imtahanlara və onlayn müsahibələrə qədər rəqəmsallaşdırılıb.
Bildirilib ki, real vaxt rejimində işləyən Dövlət Qulluqçularının Vahid Reyestri fəaliyyət göstərir. Şəxsi işlərin aparılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, elektron kadr ehtiyatı, habelə qulluqçuların təlim və inkişaf prosesləri vahid rəqəmsal arxitekturada birləşdirilib.
DİM sədri vurğulayıb ki, rəqəmsallaşma özlüyündə son məqsəd deyil. Rəqəmsal həllər yalnız prosesi daha ədalətli, şəffaf, vətəndaş üçün anlaşıqlı və yoxlanıla bilən etdikdə dəyər qazanır.
Müxbir – Tahir Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 18 Sentyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















