Icma.az
close
up
RU
Məleykə Abbaszadə ictimaiyyəti görüşə çağırdı: gəlin, suallarınızı verin!

Məleykə Abbaszadə ictimaiyyəti görüşə çağırdı: gəlin, suallarınızı verin!

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Belə ki, Mərkəzin rəhbərliyinin iştirakı ilə ayda bir dəfə olmaqla aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.

Modern.az xəbər verir ki, növbəti görüş 5 dekabr saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Buraxılış və qəbul imtahanlarında ətraflı həll və ya cavab yazılması tələb olunan tapşırıqların yoxlanılması prosesi” mövzusuna həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

Görüşdən sonra buraxılış imtahanı fənləri (Azərbaycan və rus dili (tədris dili kimi), riyaziyyat və xarici dil) üzrə şagirdlər üçün yazı işlərinin yerinə yetirilməsi zamanı yol verilən səhvlər əsasında praktik treninqlər təşkil ediləcək. Burada əvvəlcə real yazı işi nümunələri əsasında hazırlanmış təqdimat nümayiş etdiriləcək. Təqdimatdan sonra şagirdlərə yerinə yetirmələri üçün bir neçə tapşırıq təklif ediləcək. Şagirdlər həmin tapşırıqları yerinə yetirdikdən sonra yazdıqları yazı işləri mütəxəssislər tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsi şagirdlərin özləri ilə müzakirə ediləcək.Şagirdlər yazı işləri ilə bağlı izahla da tanış ola biləcəklər. Bunun üçün iştirakçılar qeydiyyat linkində müvafiq istəklərini (treninqdə iştirak etmək istədikləri müvafiq fənni seçməklə) əvvəlcədən bildirməlidirlər.

Görüşdə iştirak etmək istəyənlər dekabrın 3-dək aşağıdakı keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçən ilk 140 nəfərin (70 məktəbli, 50 valideyn və 20 pedaqoji ictimaiyyət nümayəndəsi) tədbirdə iştirakı mümkün olacaq. Məktəbli uşaqları ilə görüşdə iştirak edən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər.

Qeydiyyat linki: //portal.dim.gov.az/gorush2025/

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini [email protected] poçtuna da göndərə bilərlər.

Görüş Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri