Icma.az
close
up
RU
Məleykə Abbaszadə tam obyektiv, şəffaf açıqlamalar verib EKSPERT

Məleykə Abbaszadə tam obyektiv, şəffaf açıqlamalar verib EKSPERT

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İmtahan suallarında həqiqətən proqramdan kənar suallar yoxdur

Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə APA-ya müsahbəsində imtahan suallarının bəzən çaşdırıcı olması ilə bağlı iddialara da aydınlıq gətirib. M.Abbaszadə bildirib ki, imtahanların məqsədi şagirdləri çaşdırmaq deyil, onların bilik və bacarıqlarını daha dəqiq ölçməkdən ibarətdir:

“Mən istərdim ki, belə fikirlər səsləndirənlər heç olmasa, bir konkret misal göstərsinlər ki, hansı sual “tələyə salmağa” hesablanıb. Sadəcə ümumi fikir deməklə bunu iddia etmək düzgün deyil. Sosial şəbəkələrdə yazılan şərhlərə və ya ayrı-ayrı fikirlərə baxıb ümumi nəticə çıxarmaq da doğru yanaşma deyil. Statistika bir nəfərin, yüz nəfərin, hətta min nəfərin fikri əsasında formalaşmır, amma təəssüf ki, bəzən sosial şəbəkədə yazılanlar yanlış ictimai rəyin formalaşmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, imtahanda yüz mindən artıq şagird iştirak edir. Məsələn, hansısa kursun 50-60 şagirdi “imtahan çətin idi” deyirsə, bu, hələ ümumi nəticəni ifadə etmir. Statistika fərqli anlayışdır və daha geniş məlumat – data əsasında aparılmalıdır”. 

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi “Sherg.az”a açıqlamasında M.Abbaszadənin mövqeyinin doğru olduğunu dedi: 

- Məleykə Abbaszadə tam obyektiv, şəffaf açıqlamalar verib. İmtahan suallarının çaşdırıcı, mövzudan, tədris proqramından kənar olması məsələsinə gəlincə, deməliyəm ki, həqiqətən proqramdan kənar suallar yoxdur. Problem ondadır ki şagirdlər əsasən IX-XI sinfə çatanda hazırlıq kurslarına gedir, orta siniflərdə keçilmiş mövzuları da təkrar öyrənir, yadına salır. Amma kimlərsə hazırlığa getmir, V-VI-VII sinifdə keçilmiş mövzunu unudur və imtahanda həmin mövzuları əhatə edən suallarla qarşılaşanda elə zənn edirlər ki bunlar proqramdan kənardır. Belə fikirlər formalaşır. Bəzən də repititor müəllimlər sıxışdırır şagirdləri və valideynləri, sualların proqramdan kənar olduğuna inandırmağa çalışırlar. Bu, düzgün yanaşma deyil. Məleykə Abbaszadə demək olar obyektiv açıqlama verib. Gözləntimiz budur ki, imtahan nəticələri erkən açıqlansın, marker müəllimlərin sayının azlığı buna imkan vermir. Düşünürəm, süni intellekti prosesə cəlb etməliyik ki, proses daha tez yekunlaşsın və imtahan nəticələri qısa zamanda açıqlansın.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri