Məleykə Abbaszadədən təhsil haqqları ilə bağlı AÇIQLAMA
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, hər il ali təhsil müəssisələrinə qəbul aparıldıqdan sonra müxtəlif səbəblərdən dövlət sifarişi üzrə müəyyən sayda yer boş qalır:
"Bunun səbəblərindən biri dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan bəzi şəxslərin xarici universitetlərdən təqaüd və digər imkanlar əldə edərək təhsillərini xaricdə davam etdirməyi seçmələridir.
Mövcud qaydalara uyğun olaraq boş qalan dövlət sifarişli yerlərə ödənişli əsaslarla qəbul olunmuş şəxslərin yerləşdirilməsi üçün müsabiqə aparılır.
Bu il həmin imkan nəticəsində bakalavriat səviyyəsində 1870, magistratura səviyyəsində isə 195 nəfər olmaqla, ümumilikdə 2065 tələbə ödənişli təhsildən dövlət sifarişi əsasında təhsilə keçmək imkanı qazanıb.
Bu mexanizm dövlətin təhsilin maliyyələşdirilməsi üçün yaratdığı imkanlardan daha çox gəncin yararlanmasına və boş qalan dövlət sifarişli yerlərinin yenidən tələbələrin təhsilinə yönəldilməsinə şərait yaradır.
Bu imkanı qazanan bütün tələbələrimizi təbrik edir, onlara təhsillərində uğurlar arzulayıram".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















