Xarici dildəki reklamlar yığışdırılacaq? Rəsmi açıqlama
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Reklamların çoxu, təəssüf ki, xarici dildədir".
Bizim.Media xəbər verir ki, bunu Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müavini Lalə Abdullayeva Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, sosial şəbəkələrdə və açıq məkanlardakı monitorlarda yayımlanan reklamların Azərbaycan dilində olması istiqamətində işlər aparılır.
"Agentliyin sahibkarların marketinq və PR siyasətinə müdaxilə etmək niyyəti yoxdur. Biz istəyirik ki, Azərbaycan dili öz mövqeyini möhkəmlənləndirsin və bizi xaricdə tanıyan, bizim dilimizi eşidən başa düşsün ki, biz azərbaycanlıyıq. Ona görə biz də bu istiqamətdə işlər aparırıq".
Qurum rəsmisinin sözlərinə görə, bu məqsədlə sahibkarlarla və assosiasiyalarla görüşlər keçirilir, onlara müvafiq tövsiyələr verilir:
"Reklamlar ingilis və ya digər xarici dillərdə olduqda belə, sahibkarlara həmin mətnlərin Azərbaycan dilində də təqdim edilməsi tövsiyə olunur".
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 19 Noyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















