Icma.az
close
up
RU
Hərbçilərin pensiyası necə hesablanacaq? YENİ QAYDA KONKRET

Hərbçilərin pensiyası necə hesablanacaq? YENİ QAYDA KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda hərbi qulluqçuların pensiyaya çıxması ilə bağlı qaydalarda mühüm dəyişikliklər edilib. Yeni tələblər hərbi xidmət müddətini, ümumi iş stajını, pensiya yaşını və pensiyanın hesablanması mexanizmini əhatə edir. Xüsusilə, 2024-cü ildən əvvəl hərbi xidmətə başlayan şəxslərin hansı şərtlərlə pensiyaya çıxa biləcəyi və son dəyişikliklərin kimlərə şamil olunacağı maraq doğurur.

Bəs hərbi qulluqçular neçə il xidmət etdikdən sonra pensiyaya çıxa bilərlər? Yeni qaydalar onların pensiya məbləğinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı KONKRET.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların pensiya təminatı ilə bağlı mühüm dəyişikliklər qüvvəyə minib.

Onun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, hərbi qulluqçuların pensiyaya çıxması üçün minimum 20 il xidmət müddəti tələb olunurdusa, yeni qaydalarla bu müddət 25 ilə qaldırılıb.

“Dəyişikliklər yalnız hərbi xidmət müddəti ilə məhdudlaşmır. Ümumi iş stajı ilə bağlı tələblər də sərtləşdirilib. Əvvəllər pensiya hüququ əldə etmək üçün 25 il ümumi iş stajının olması və bunun ən azı 12 il 6 ayının hərbi xidmətdə keçirilməsi tələb edilirdi. Yeni qaydalara əsasən isə 30 il ümumi iş stajı olmalı, həmin müddətin ən azı 15 ili hərbi xidmət təşkil etməlidir”.

Vəkil vurğulayıb ki, yeni tələblər bütün hərbi qulluqçulara eyni qaydada şamil edilmir.

“Qanunvericilikdə keçid müddəaları nəzərdə tutulub. Belə ki, 2024-cü il yanvarın 1-dək ən azı 17 il hərbi xidmət keçmiş şəxslər üçün əvvəlki 20 illik xidmət müddəti tələbi qüvvədə saxlanılır. Bu o deməkdir ki, həmin hərbi qulluqçular 25 il xidmət etmədən də, 20 illik xidmət müddətini tamamladıqdan sonra müvafiq şərtlərlə pensiya hüququ əldə edə bilərlər. Eyni zamanda, onlar xidmətlərini 25 ilə qədər davam etdirməklə daha yüksək məbləğdə pensiya almaq imkanı qazana bilərlər”.

Turan Abdullazadə bildirib ki, dəyişikliklər hərbi qulluqçuların xidmətdə olmasının son yaş həddinə də təsir edib.

“Gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddi 45-dən 48-ə qaldırılıb. Bundan başqa, xəstəlik, sağlamlıq vəziyyəti və ya ştat ixtisarı ilə əlaqədar xidmətdən buraxılan şəxslərin pensiya təminatı ilə bağlı da xüsusi tələblər müəyyən edilib. Bu kateqoriyadan olan şəxslər üçün 48 yaş həddi, 30 il ümumi iş stajı və həmin stajın ən azı 15 ilinin hərbi xidmətə aid olması şərtləri nəzərdə tutulur”.

Vəkil 2026-cı il oktyabrın 16-da Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanun dəyişikliyinə də diqqət çəkib.

Onun sözlərinə görə, yeni dəyişikliklərdən biri hərbi qulluqçuların pensiya hüququnun yaranma vaxtı ilə bağlıdır.

“Yeni qaydaya əsasən, pensiya hüququnun hərbi qulluqçunun xidmətdən buraxıldığı gündən deyil, onun son hərbi rütbəsi üzrə xidmətdə olmanın son yaş həddinə çatdığı tarixdən yaranması nəzərdə tutulur. Bu isə hərbi qulluqçuların pensiyaya çıxma vaxtına birbaşa təsir göstərə bilər”.

Ekspert qeyd edib ki, hərbi rütbələr üzrə son yaş hədləri fərqlənir. Onun açıqlamasına əsasən, gizir, miçman və polkovnik-leytenantadək olan zabitlər üçün 48, polkovniklər üçün 53, generallar üçün isə rütbədən asılı olaraq 58–63 yaş həddi nəzərdə tutulur.

Turan Abdullazadə pensiyaların hesablanması qaydasında da mühüm yeniliklərin nəzərdə tutulduğunu bildirib.

“Əvvəllər hərbi qulluqçuların pensiyası onların sonuncu təminat xərcliyi əsasında hesablanırdı. Yeni qaydalara əsasən isə pensiyanın fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında, ümumi prinsiplərlə hesablanması nəzərdə tutulur. Bundan başqa, qulluq stajına görə əlavələrin əvəzinə sabit məbləğdə aylıq pensiya əlavələrinin verilməsi gözlənilir. Həmin əlavələrin məbləği hərbi rütbələrə uyğun müəyyən ediləcək”.

Vəkilin sözlərinə görə, yeni mexanizmdə pensiya hüququnun əldə edilməsi üçün əsas şərtlərdən biri 25 il hərbi xidmətin olması, digəri isə 30 illik ümumi iş stajının ən azı 15 ilinin hərbi xidmətdə keçirilməsidir.

Ekspert vurğulayıb ki, dəyişikliklər minlərlə hərbi qulluqçunun və onların ailələrinin sosial təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, pensiya hüququnu hələ əldə etməmiş hərbçilərin xidmət müddəti, rütbəsi və mövcud stajı yeni qaydaların onlara necə tətbiq olunmasında əsas rol oynayacaq.

Qeyd edək ki, son qanun dəyişikliklərinin konkret tətbiq dairəsi, qüvvəyə minmə tarixləri və keçid müddəaları rəsmi dərc edilmiş qanunvericilik əsasında müəyyən edilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri