Icma.az
close
up
RU
Məlhəm də doğuşu qəbul edən həkim ixtisasca bioloqdur? İddialara RƏSMİ CAVAB

Məlhəm də doğuşu qəbul edən həkim ixtisasca bioloqdur? İddialara RƏSMİ CAVAB

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Bacımın doğuşunu gerçəkləşdirən Pərvin Xəlilova Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin məzunu imiş".

Oxu.Az xəbər verir ki, bunu ötən gün bacısının körpəsinin doğum zamanı həkim səhlənkarlığı nəticəsində səhhətinin ağır olmasını ictimailəşdirən yazar Ulucay Akif bildirib.

"Biologiya fakültəsinin məzunu necə həkim kimi fəaliyyət göstərir? Xəstəxana rəhbərliyi necə belə işə yol verir?" - deyə U.Akif yazıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Məlhəm" hospitalının icraçı direktoru Sevinc Əlizadə iddianı tam əsassız adlandırıb.

"İrəli sürülən iddiaların heç bir əsası yoxdur. Pərvin xanım 2006-cı ildən həkim kimi fəaliyyətə başlayıb. 2024-ci ildən isə "Məlhəm" hospitalında işləyir. 2009, 2014, 2019 və 2025-ci illərdə təkmilləşdirmə kursları keçib. 2025-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçib. Diplomun və lisenziyanın fotolarını da sizə təqdim edirik. Lisenziya hər beş ildən bir verilir, hələ lisenziya vaxtı bitməyib", - deyə S.Əlizadə bildirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, vətəndaş hər hansı həkimin səhlənkarlığı ilə üzləşdiyini hesab edirsə, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

"Belə hallarda məhkəmə-tibbi ekspertizası təyin olunur və yalnız rəsmi ekspertiza nəticəsində müalicə prosesinə obyektiv qiymət verilir.

Həkim Pərvin Xəlilovanın təhsili ilə bağlı iddialara gəldikdə sosial şəbəkələrdə yayılan iddiaların əksinə olaraq, Pərvin Rövşən qızı Xəlilova 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib (Diplom № BB-I N 001073). O, 2009-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mamalıq və ginekologiya üzrə ixtisasartırma kursunu başa vurub. Hazırda onun adı Səhiyyə Nazirliyinin "Tibb İşçilərinin Vahid Reyestri"ndə həkim kimi qeydiyyatdadır.

Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə daxil olmuş rəsmi müraciətlər əsasında araşdırmalar aparır. Zərurət yarandıqda isə qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir", - deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri