Meloni ABŞ a görə Ukraynaya yardımı təxirə saldı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın Ukraynaya ayıracağı 13-cü hərbi yardım paketinin göndərilməsi ilə bağlı proses dayanıb. Baş nazir Corciya Meloni yeni hərbi yardım paketini təsdiqləməzdən əvvəl ABŞ-da keçiriləcək aralıq seçkilərin nəticələrini gözləyir.
Axar.az xəbər verir ki, bu barədə “Il Giornale d'Italia” nəşri məlumat yayıb.
Bildirilir ki, İtaliyanın yeni hərbi yardım paketi artıq hazırdır, lakin onun göndərilmə qrafiki hələ müəyyənləşdirilməyib. Belə ki, gecikmə Meloninin Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski qarşısında götürdüyü öhdəlikləri təhlükə altına qoyur.
Məlumata görə, İtaliyanın hərbi yardım paketinin göndərilməsi bir neçə dəfə təxirə salınıb. Əvvəlcə iyula, daha sonra sentyabra, ardınca isə Liqa Partiyasının qurultayından sonraya planlaşdırılan göndəriş indi ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonraya saxlanılıb. Bununla belə, səsvermədən dərhal sonra yardım paketinin göndərilib-göndərilməyəcəyi hələ məlum deyil.
Nəşr onu da vurğulayıb ki, İtaliya hökuməti Ukraynaya yardımın dayandırıldığını bəyan etmir. Romada Ukraynaya dəstəyin davam etdiriləcəyini bildirirlər, lakin yardımın konkret olaraq nə vaxt göndəriləcəyini açıqlamırlar.
Baxış sayı:136
Bu xəbər 28 Oktyabr 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















