Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür edib.
Moderator.az xəbər verir ki, Meloni bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Təşəkkür edirəm, əziz Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə", - Meloni qeyd edib.
O vurğulayıb ki, son illər ərzində İtaliya və Azərbaycan ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar.
"Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işlə çox fəxr edirəm və əminəm ki, qarşıda bizi xalqlarımızın maraqları naminə yeni mühüm əməkdaşlıq imkanları gözləyir", - İtaliya Baş naziri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 04 Sentyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















