Meloni yanacaqla bağlı qərara görə Prezident İlham Əliyevə təşəkkür edib
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın “Eni” şirkətindən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti “Italiana Petroli”nin (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymətlərinin artımının qarşısını almaq üçün qiymət həddi tətbiq etmək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni “X” sosial şəbəkəsində məlumat verib.
“Eni”dən sonra IP də ölkə üzrə yanacağın qiymətlərinə yuxarı hədd tətbiq etmək qərarına gəlib. Bu, italyan ailələrinə göstərilən diqqətin mühüm göstəricisidir və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir”, – deyə Meloni bildirib.
İtaliyanın Baş naziri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirən bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Meloni qeyd edib ki, İtaliya hökuməti xüsusilə mövcud mürəkkəb beynəlxalq şəraitdə ailələrə dəstək göstərmək və onların alıcılıq qabiliyyətini qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Sentyabr 2026 07:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















