Icma.az
close
up
RU
Memar: Əcəmi irsinin təbliği ilə bağlı tədbirlər davam etdiriləcək

Memar: Əcəmi irsinin təbliği ilə bağlı tədbirlər davam etdiriləcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 fevral, Günel Türksoy, AZƏRTAC

Çoxsaylı və zəngin Azərbaycan memarlıq məktəbləri arasında Naxçıvan məktəbinin ən seçilən abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların və həndəsi ornamentlərinin müxtəlifliyi səciyyəvidir. Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çoxboyalı kaşıdan baştağ kompozisiyalarının tətbiqi ilə seçilir. Dövrümüzədək gəlib çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu memarlıq məktəbinin banisi isə dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. Naxçıvan memarlıq məktəbinin ən yüksək zirvəsini “Atababa” - Yusif ibn Küseyr və Möminə Xatun türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçün obrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornament bəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyaları bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəminin yaratdığı memarlıq forma və kompozisiyaları, eləcə də dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də Yaxın Şərq ölkələrinin məscid, saray və türbə tikililərinə böyük təsir göstərib. Hətta dahi türk memarı Sinan Əcəmi irsindən ilhamlanaraq yaradıcılığında onun memarlıq sənətinə yanaşmalar metodlarından istifadə edib, onu öz ustadı və müəllimi adlandırırdı.

Bunu AZƏRTAC-a açıqlamasında memarlıq üzrə fəlsəfə doktoru, Azərbaycan Memarlar İttifaqının katibi Rüfət Ağazadə deyib.

O xatırladıb ki, Prezident İlham Əliyev ötən il dekabrın 30-da “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb: “Sərəncamda qeyd olunur ki, 2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur. Sənəddə deyilir ki, Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olub. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Sərəncamda da deyildiyi kimi, qüdrətli memarın 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır. Əminik ki, böyük Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinin qeyd olunması ölkəmizdə və bütün dünyada milli memarlıq sənətimizin qədimliyinin və zənginliyinin nümayişinə çevriləcək”.

Rüfət Ağazadənin sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamla 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi Memar Əcəminin digər çoxsaylı milli korifey memar, bənna və bəzəkçilərimizin, kitabə xəttatlarının xatirəsinə və zəngin mirasına ehtiramın daha bir ifadəsi kimi də dəyərləndirilə bilər: “Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO 2025-2026-cı illəri Memar Əcəmi İlləri elan etdi və bu il ərzində onun adı ilə bağlı bir neçə möhtəşəm tədbirin keçiriləcəyini bildirdi. Memarlar İttifaqının bu mövzu ilə bağlı təşkilatçılardan biri olaraq qatıldığı növbəti tədbiri Parisdə olub. Belə ki, ötən ilin dekabrın 15-də Türk Dövlətləri Təşkilatının nəzdində fəaliyyət göstərən və dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun mənzil-qərargahında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə memarlıq doktoru Rahibə Əliyevanın qələmə aldığı və fond tərəfindən nəşr olunmuş “Azərbaycan Memarlıq irsinin dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın rəsmi təqdimatı keçirilib. Eyni zamanda, dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil olunub. Kitab oxuculara 3 dildə (Azərbaycan, ingilis, rus) təqdim edilib. Tədbirin başlıca məqsədi Memar Əcəmi Naxçıvaninin dünya memarlıq tarixindəki müstəsna yerini, Azərbaycan memarlıq məktəbinin universal dəyərini və Türk dünyasının mədəni irsə verdiyi töhfəni beynəlxalq auditoriyaya bir daha nümayiş etdirmək olub. Tədbirdə sərgi də nümayiş etdirilib. Burada tanınmış bərpaçı-memar mərhum Fəxrəddin Miralayevin memar Əcəmi Naxçıvaninin şah əsəri olan Naxçıvan şəhərindəki Möminə Xatun məqbərəsinin həndəsi ornamentlərinin tədqiqinə dair rəsmləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb”.

Müsahibimiz bildirib ki, dahi memar Əcəminin zəngin irsinin təbliği ilə bağlı geniş tədbirlər bundan sonra da davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Fevral 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see282

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see262

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see258

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see252

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see249

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see237

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see229

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see222

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see213

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see212

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see209

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see207

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see200

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see198

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see192

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see191

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see181

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see180

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see170

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri