Icma.az
close
up
RU
Memar Sinanın Mehrimah Sultan sevgisi Türkan Turan yazır

Memar Sinanın Mehrimah Sultan sevgisi Türkan Turan yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkan TURAN

Tarixin yaddaşında təkcə savaşlar, qanlı-qadalı hadisələr qalmır. Sevgiləri də qalır - fərqi yoxdur, sonu vüsalla bitir, ya ayrılıqla. Onlardan biri əfsanəvi memar Sinanın hekayəsidir. Əslində, buna təktərəfli sevgi də demək olar. Memar Sinan Mehrimah Sultana aşiq idi. Mehrimahın 16, Sinanın 50 yaşı vardı. Mehrimah 1522-ci ildə Topqapı Sarayında doğulan, anası Hürrəm olan, təhsilli, əl içində böyüdülən, nazı çəkilən sultan, ən əsası Sultan Süleyman Qanuninin üzərində titrədiyi övladlarından biri idi.

Prut çayında qarşılaşma

Mehrimah atası tərəfindən oğlan kimi yetişdirilmişdi. Qanuni ilə səfərlərə çıxır, ov ovlamağı, quş quşlamağı öyrənir, savaş planlarına yaxından şahidlik edirdi. Sinan gənc Sultanı ilk dəfə Rumıniya səfərindən qayıdarkən, Prut çayı kənarında görür. Həmin vaxt Osmanlı ordusu Boqdan səfərindən qayıdanda qarşılarına Prut çayı çıxır. Ancaq keçməyə yer olmayan çayın üstündən körpü qurmaq lazım gəlir. Sinan da o dönəmlərdə usta ilə şəyird arasındakı bir yerdə idi, olduğu mövqe Osmanlıca kalfa adlanırdı. Ailəli idi. Övladı olmurdu, hətta ilk həyat yoldaşı vəfat etmişdi. İkinci evliliyi də məcburiyətdən qurmuşdu. Ancaq görünən odur ki, qismətində əlli yaşında on altı yaşlı qıza aşiq olmaq da varmış. Həftələrlə Prut çayını keçə bilməyən Osmanlı ordusundakı bütün memarlar səfərbər olmuş, ancaq körpünün çəkilməyinin mümkünsüz olduğu qənaətinə gəlmişdilər. Nəhayət aralarından bir nəfər çıxır və bu işə qol qoyacağını deyir. Təbii ki, bu cəsarət, üstün zəka bir nəfərdə vardı - Sinanda. Kalfa olmağına rəğmən, 13 gündə körpünü quracağını söyləyir. Qanuni gülür. Sinan ona güvənmələrini xahiş edir. Bir yandan da gözlərini Mehrimahdan çəkə bilmir. Bu məqamda Mehrimah Sinana üzünü çevirir və deyir ki, "Bu qədər memar burada körpü çəkməyin mümkünsüz olduğunu deyir, sən isə on üç gün söyləyirsən. Bu qədər qısa müddətdə bunu bacarmağın üçün ya dəli olmağın lazımdır, ya da aşiq". Sinan boynu bükük vəziyyətdə təbəssümlə baxışlarını yerə dikir.

Hə də, hər dahi bir az dəlidir. Görünən odur ki, Sinanda həm dəlilik vardı, həm dahilik. Dediyini edir, on üç gün içində körpünü çəkir. Bu hadisədən sonra Sinan, Qanuni tərəfindən baş memar təyin edilir. Qızını ərə vermək üçün namizəd axtaran Qanuniyə kürəkən olaraq Memar Sinan və Diyarbəkir valisi Rüstəm Paşa göstərilir. Ancaq Hürrəm qızını Rüstəm ilə evləndirir. Bu eşq Sinanı yeməkdən-içməkdən kəsir, arıqladır, ruhunu çökdürür. Hətta rəvayətə görə, belə deyir özünə: "Bu dünyada sən mənə yar olmadın, amma sənin adına elə əsərlər yaradacağam ki, Mehrimah Sultan deyiləndə ağıla Memar Sinan gələcək". Və yenə dediyini edir. Sinan Sultana olan sevgisini İstanbulun Ədirnəqapı və Üsküdar səmtlərində inşa etdiyi məscidlərlə isbatlayır. Birincisi Üsküdarda, meydanın ortasında, dənizin sahilində, limanın qarşısında yerləşən Mehrimah Sultan Məscididir. İbadətgahın tikinti işləri başa çatdıqdan sonra Sultan buranı görməyə gəlir. Xeyli baxır və "bir az qaranlıq olub" deyir. Mehrimah haqlıdır, içəridə əsrarəngiz memarlıq var, ancaq işıqsızlıq öz sözünü deyir.

Doğum günü hədiyyəsi

Memar Sinan Üsküdardan sonra Ədirnəqapıda, İstanbulun altıncı təpəsinin üstündə Mehrimah üçün ikinci məscidin təməlini atır. Elə gözəl ibadətgah ərsəyə gəlir ki, görənlər ayaq saxlayır. Bu, inşa edilən məscidlərin içində ən çox pəncərəsi olan abidədir. Təbii ki, bu təsadüf deyil. Çünki Mehrimah Üsküdar məscidinə "qaranlıqdır" demişdi. Sinan Ədirnəqapıdakı məscidi inşa edərkən Sultan üçün sürpriz də hazırlamışdı. Fəqət, Mehrimah Sultan bu sirri bilmirdi. Bəs bu iki məscid arasındakı sir nə idi? Memar Sinan apardığı dəqiq və xüsusi hesabla məscidi və minarəni elə qurur ki, hər il 21 martda Ədirqapıdakı məscidin minarəsi üzərindən batan günəş, Üsküdardakı minarənin üzərində doğan ayla qarşılaşır. Sinan Mehrimaha olan sevgisini bu cür ifadə edir. Hamının bildiyi kimi, bu təbiət hadisəsi ildə bir dəfə 21 martda baş verir - Mehrimah Sultanın doğulduğu gündə... Sultanın adının mənası farsca "mehr" günəş, "mah" ay deməkdir. Böyük memar günəşi və ayı minarələr arasında birləşdirib, 21 mart axşamı dərdindən divanə olduğu qadına hədiyyə etməsi bu dünyada bir kişinin bir qadına etdiyi ən böyük hadisələrdəndir. Mehrimahın iki məscid arasındakı bu sirri öyrənəndə göz yaşlarını tuta bilmədiyi deyilir.

Mehrimah 1578-ci ildə vəfat edir və Qanuni Sultan Süleymanın türbəsində, atasının yanında dəfn edilir. Bu türbənin də memarı Sinandır. Memar Mehrimahdan sonra on il yaşayır və 1588-ci ildə o da vəfat edir. Məzarı türbənin yaxınlığında, Süleymaniyə məscidinin yanındadır. Sevdiyi qadına nə çox uzaq, nə də çox yaxın. Yeri gəlmişkən, Üsküdardakı Mehrimah Sultan Məscidinin yaxınlığında özünün inşa etdiyi Memar Sinan Hamamı yerləşir. Sanki burada da Mehrimahı uzaqdan izləyirmiş kimi fikir yaratdı beynimdə.

Qarşılıqsız sevgi

Üsküdardakı məscid iki, Ədirnəqapı məscid isə tək minarəlidir. Əslində, sultanların, sultanların həyat yoldaşlarının, şahzadələrin və onların analarının məscidləri iki minarəli olmalı imiş. Vəzirlər və aşağı rütbəlilərin inşa etdirdikləri məscidlər isə bir minarəli olmaq məcburiyyətində imiş. Sinan Ədirnəqapı məscidini iki minarəli inşa etməli imiş. Amma bir minarəli edir. Memar tək minarə ilə qarşılıqsız sevgisinin ona necə əzab verdiyini, yaşadığı acını, yalnızlığı, qəlb qırıqlığını göstərmək istəmişdi.

Qırıq və yalqız qəlb

Ədirnəqapıdakı məscid 20 metr uzunluğundadır və yerdən 25 metr yüksəklikdədir. Minarəsi orijinal deyil. Çünki 1766 və 1894-cü il İstanbul zəlzələləri nəticəsində minarə dağılıb. Hazırkı minarə əslinə uyğun olaraq sonradan qurulub. Sinan burada tamamilə fərqli üslubda çalışıb. Qübbə digərlərindən fərqlidir. Məscidin əzəmətini fərqli tərzdə inşa edilən qübbəsi tamamlayır. Sanki bütün dünyanı ürəyinin içinə qoymaq istəyirmişcəsinə sonsuzluq duyğusu yaradan Sinan, bu atmosferi yaratmaq üçün pəncərələrdən içəriyə şığıyan işıqdan güc alıb. Bu möhtəşəm ibadətgahı görən Mehrimah da Sinana olan heyranlığını gizlədə bilməyib. Burada nə az-nə çox, düz 204 pəncərə var, 161 dənəsi qübbə və kəmərlərin içərisinə yerləşdirilib. Bununla da qane olmayan Sinan mərkəzin üstündə kiçik qübbələrlə örtdüyü bölmələri genişləndirib, ibadət üçün daha çox yer açıb. Sütunların hamısı Bizans dönəmindən qalmadır. Mehrab üçün ağ mərmərdən istifadə edilib.

Sinanın imzası olan məscidlər içində görəcəyiniz ən gözəl minbərlərdən biri ilə burada qarşılaşacağınız dəqiqdir. Həndəsi fiqurlar və bitki motivləri iç-içə işlənib. Məscidin tikildiyi ərazi də xüsusi seçilib. Külliyə Fateh Sultan Mehmedin əsgərlərinin şəhərə ilk girdiyi yerin yanında yerləşir. Sinanın bununla "Sultana duyduğu eşqin onu necə fəth etdiyi" mesajını verdiyi də ehtimallar arasındadır.

Parçalanma

Burada böyük külliyə var. Dar otaqları olan kiçik eyvandan ibarət mədrəsə məscidin atriumunun hər iki tərəfini əhatəyə alıb. Cüt olaraq tikilən hamam qadın və kişi bölməsindən ibarətdir və bir-birinin eynisidir. Üstü qübbələrlə doludur. Bu qübbələr yanından keçəni yolundan edəcək qədər cazibəlidir. Hazırda gördüyümüz abidənin planı, təməli, divarları orijinaldır. Sadəcə kişilərə aid tərəf istifadə edilməkdədir. O vaxt Sultanın xüsusi göstərişi ilə burada altmış üç dükandan ibarət olan çarşı da inşa edib Sinan. Təəssüf ki, yolun genişləndirilməsinə görə sonradan külliyənin böyük qismi yox edilib. Abidə 1562-1565-ci illər arasında inşa edilən məscid külliyədən ibarətdir, məktəb, mədrəsə, türbə, hamam və çarşısı olub. 2009-cu ildə başdan ayağa restavrasiyadan keçib. Hamam hələ də ziyarətə açıqdır.

Son

Memar Sinanın bu hekayəsi məni dərindən təsirləndirdi. Bir neçə gündür çox mütəəssirəm. Keçmişlə bu gün arasında kimliyimi itirmişəm sanki. Bu, romantika, duyğusallıq deyil, bu, həqiqəti, reallığı çılpaqlığı ilə görüb dəli olmamaq üçün özünü sıxıb saxlamaqdır. İstanbul ərazi olaraq çox böyükdür. Ədirnəqapı Avropa yaxasında, yəni şəhərin bir ucunda, Üsküdar isə Anadolu yaxasında, yəni şəhərin o biri ucunda yerləşir. Bir insan necə bir dərinliyə sahib olmalıdır ki, oturub bu boyda məsafədən günəşlə ayın birləşməsini hesablayıb, onu sevdiyi qadına hədiyyə etsin. Şəhərin iki əks tərəfində yerləşən iki məscidi birləşdirmək nə deməkdir, axı? Bəlkə də, bu qədər məyusluq yaşamağımın səbəbi bugünkü münasibətlərin nə gündə olduğunu görüb, haradan hara gəldiyimizi, elə bir adamla qarşılaşmaq ehtimalımızın sıfır olduğunun fərqinə varmaqdır. Zəka, ağıl, dərrakənin büdrədiyi indiki çağda tarixə sarılmaq, yoxsa olanı olduğu kimi qəbul etmək lazımdır? Qərar verə bilmirəm! Məsələ sadəcə sevgi deyil ki, idrak etməkdir, dəyər verməkdir, dəyərli hiss etmək və etdirməkdir, ürkütmədən, incitmədən, qırmadan, həzin-həzin sevməkdir. Sinan kimi...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Mart 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri